Azərbaycanın Ümumudünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqlar davam etdirilir

Azərbaycanın Ümumudünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqlar davam etdirilir

2018-ci ilin 17-21 dekabr tarixlərində Cenevrə şəhərində Braziliya, Ekvador, İndoneziya ilə mallar, Norveç və Yaponiya ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqların növbəti raundu keçirilmiş, həmçinin ÜTT-nin Üzvolma, Xidmətlərlə Ticarət və İnvestisiyalar, İnkişaf, Qaydalar, Bazara Çıxış, Ticarət Siyasətinə Baxış departamentləri ilə  məsləhətləşmələr aparılmışdır. Eyni zamanda, ABŞ nümayəndələri ilə qeyri-rəsmi məsləhətləşmələr keçirilmişdir.

 

Danışıqlarda yuxarıda qeyd edilən Üzvlər son olaraq təqdim edilən təkliflərdə müəyyən liberallaşmanın olduğunu bildirmiş, lakin ayrı-ayrı mal mövqeləri və qrupları üzrə əlavə liberallaşma istenilmişdir. Eyni zamanda, Azərbaycan tərəfi də təkliflərdə qarşı tərəflərin istəyinə uyğun olaraq müəyyən texniki məsələlər üzrə düzəlişlər ediləcəyini və yenilənmiş təkliflərin ən qısa vaxt ərzində göndəriləcəyini bildirmişdir.

 

Yuxarıda qeyd olunanlardan əlavə, Azərbaycan nümayəndə heyəti ilə ÜTT Katibliyinin ekspertləri arasında subsidiyalar, poçt, audit, dəniz və enerji sığortası xidmətləri, GATT VIII Maddəsinin tətbiqi xüsusiyyətləri, ÜTT sistemində Preferensial Ticarət Sazişləri, ÜTT-nin Ticarətdə İnvestisiya Aspektləri üzrə Sazişi (TRİMs) və yerli kontekst tələbləri ilə bağlı məsləhətləşmələr aparılmışdır.
 

Foto
Yaradılıb 09 Mar 2019
Dərc edilib 28 Mar 2024
Yenilənib 09 Mar 2019