Elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb.

Elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıb.

İqtisadiyyat Nazirliyi tərəfindən Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan tələbələr arasında keçirilən “Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi məqalə müsabiqəsi sona çatmışdır.

Müsabiqədə bir çox yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak etmişdir. Müsabiqəyə təqdim edilmiş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılmış və əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilmişdir.

Belə ki, Komissiyanın yekun qiymətləndirməsinə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Mirbağır Bağırzadənin məqaləsi 1-ci yerə, Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiyə Çobanzadənin məqaləsi 2-ci yeri və İtaliyanın Bolonya Universitetinin tələbəsi Ziya Həsənlinin məqaləsi 3-cü yerə layiq görülmüşdür.

Müsabiqə iştirakçıları İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirə dəvət edilərək mükafat və diplomlarla təltif edilmişdirlər.

Müsabiqədə qalib gələn və fərqlənən bir çox məqalələr yaxın günlərdə saytımızda yerləşdiriləcəkdir.

Foto
Yaradılıb 31 May 2019
Dərc edilib 28 Mar 2024
Yenilənib 22 Avq 2019