Komissiya

Yaranması və tərkibi

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzvolmasına hazırlıq işləri üzrə Komissiya yaradılmışdır. Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli 821s saylı Sərəncamı ilə Komissiyanın yeni tərkibi aşağıdakı kimi təsdiq edilmişdir:  
 
Komissiyanın sədri:
  • Şahin Mustafayev - Azərbaycan Respublikasının Baş Nazirinin müavini
 
Komissiyanın üzvləri: 
  • Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
  • Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
  • Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Energetika nazirinin müavini
  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
  • Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
  • Azərbaycan Respublikası Təhsil nazirinin müavin
  • Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
  • Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
  • Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
  • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
  • Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
  • Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri
  • Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri, Komissiyanın katibi
 
Komissiya nəzdində 6 İşçi Qrupu fəaliyyət göstərir
  1. Xidmətlər üzrə İşçi Qrupu
  2. Tariflər üzrə İşçi Qrupu
  3. Kənd təsərrüfatına daxili dəstək üzrə İşçi Qrupu
  4. Qanunvericilik dəyişikliklərinin təhlili üzrə İşçi Qrupu
  5. Əqli mülkiyyət məsələləri üzrə İşçi Qrupu
  6. Ticarətdə texniki maneələr və sanitar-fitosanitar tədbirlər üzrə İşçi Qrupu  
 
Komissiyanın iclasları 

Birinci iclas – 7 oktyabr 2003-cü il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Komissiyanın Katibliyinin və müxtəlif istiqamətlər üzrə 9 işçi qrupunun yaradılması
  • İşçi qruplarının rəhbərlərinin və strukturunun təsdiq olunması
  • ÜTT-yə üzvolma istiqamətində görüləcək işlərə dair Tədbirlər Planının təsdiq olunması
  • Azərbaycanın ÜTT-yə üzv olması konsepsiyasının təsdiq olunması
  • İşçi qruplarının ayrılıqda iclaslarının keçirilməsi
  • Danışıqlar Qrupunun yaradılması

 

İkinci iclas – 21 iyun 2004-cü il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Kənd Təsərrüfatına Daxili Dəstək və İxrac Subsidiyaları üzrə ÜTT Cədvəlinin təsdiq olunması
  • Ticarətdə Texniki Maneələr və Sanitar-Fitosanitar tədbirlər üzrə ÜTT Cədvəlinin təsdiq olunması
  • Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri haqqında ÜTT Cədvəlinin təsdiq olunması
  • ÜTT Katibliyinin Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinə təqdim olunmuş suallara cavabların təsdiq olunması
  • Azərbaycan Respublikasının Gömrük İdxal Rüsumlarının ingilis dilinə tərcümə olunmuş variantının təsdiq olunması
  • Təsdiq olunmuş sənədlərin ÜTT Katibliyinə təqdim olunması

 

Üçüncü iclas – 22 fevral 2005-ci il

İclasda aşağıdakı məsələ üzrə qərar qəbul olunmuşdur:

  • ÜTT Katibliyinə təqdim etmək üçün müvafiq sənədlərin hazırlanması üzrə işlərin sürətləndirilməsi

 

Dördüncü iclas – 22 aprel 2005-ci il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Gömrük idxal rüsumlarının tətbiq oluna biləcək ən yüksək dərəcələrinin təsdiq olunması
  • Xidmətlər üzrə təklifin və müvafiq ÜTT cədvəlinin təsdiq olunması
  • Kənd Təsərrüfatına Daxili Dəstək və İxrac Subsidiyaları üzrə yenilənmiş ÜTT Cədvəlinin təsdiq olunması
  • ÜTT-yə üzv dövlətlər tərəfindən təqdim olunmuş yeni suallara cavabların təsdiq olunması
  • Azərbaycan üzrə ÜTT-nin İşçi Qrupunun üçüncü iclasının təşkilinə dair ÜTT Katibliyinə müraciətin edilməsi

 

Beşinci iclas – 31 yanvar 2006-cı il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • ÜTT-yə üzv dövlətlər tərəfindən təqdim olunmuş yeni suallara cavabların təsdiq edilməsi
  • Qanunvericiliyin Təkmilləşdirilməsi Planının təsdiq edilməsi
  • Kənd Təsərrüfatında Daxili Dəstək və İxrac Subsidiyaları üzrə yenilənmiş ÜTT Cədvəlinin (ACC/4) təsdiq edilməsi
  • Kənd Təsərrüfatında Daxili Dəstək və İxrac Subsidiyaları üzrə yenilənmiş ÜTT Cədvəlinə dair təqdim olunmuş suallara cavabların təsdiq edilməsi
  • Gömrük idxal rüsumlarının tətbiq oluna biləcək ən yüksək dərəcələrinin yenidən işlənmiş variantının təsdiq edilməsi
  • Xidmətlər üzrə yenidən işlənmiş təkliflərin təsdiq edilməsi
  • İxtisaslaşmış Danışıqlar Qrupunun tərkibinin təsdiq edilməsi

 

Altıncı iclas – 26 may 2006-cı il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Nümayəndə heyətinin Cenevrə səfərinə dair hesabatın təsdiq edilməsi
  • Komissiyanın işçi qrupları tərəfindən görülmüş işlər haqqında hesabatların təsdiq edilməsi
  • Azərbaycan üzrə ÜTT-nin İşçi Qrupunun iclasından sonra ortaya çıxan məsələlərin müzakirəsi və Komissiyanın müvafiq işçi qruplarına tapşırıqların verilməsi
  • Komissiyanın işçi qruplarının tərkibində baş verən dəyişikliklər və üzvolma prosesinin gedişatını nəzərə alaraq, yeni işçi qruplarının yaradılması və işçi qruplarının vəzifələrinin dəyişdirilməsi
  • Azərbaycanın ÜTT-yə üzvolma prosesi ilə əlaqədar broşürların hazırlanmasına dair işçi qruplarına müvafiq tapşırıqların verilməsi
  • Müzakirədə olan sənədlərin (üzvlük strategiyası, Komissiyanın əsasnaməsi) qəbul olunmasının tezləşdirilməsi
  • Növbəti dövr üçün İş Planının qəbul olunması

 

Yeddinci iclas – 27 fevral 2007-ci il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • İşçi Qrupunun 5-ci iclasına qədər mal və xidmətlər üzrə Azərbaycan tərəfinə təklif vermiş ölkələrlə ikitərəfli danışıqların keçirilməsi
  • İşçi Qrupunun növbəti iclasının təşkili ilə əlaqədar hazırlıq işlərinin tamamlanması
  • Özəl sektorun, QHT-lərin, peşəkar birliklərin və elm dairələrin ÜTT-yə üzvlük prosesinə cəlb edilməsi
  • Azərbaycan Respublikasının ÜTT-yə üzvlük prosesinə texniki və maliyyə dəstəyi üçün donor təşkilatlarla danışıqların aparılması
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılmasına dair Tədbirlər Planının icrası ilə əlaqədar Tədbirlər Planının hazırlanması
  • Əmtəələrlə əlaqədar yenilənmiş təklifin hazırlanması

 

Səkkizinci iclas – 6 iyun 2007-ci il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Komissiyanın tabeliyində əmtəələr, xidmətlər, qanunvericilik və subsidiyalar üzrə köməkçi işçi qrupların yaradılması və tərkibinin təsdiq olunması
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı ilə nəzərtə tutulmuş layihələrin “ÜTT-1” və “ÜTT-2” zərfi kimi təqdim edilməsi üçün zərflərin tərkibinə dair 20 gün müddətində təkliflərin hazırlanması
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı ilə nəzərtə tutulmuş normativ-hüquqi aktların ingilis dilinə tərcümə edilməsi və beynəlxalq ekspertizadan keçirilməsi
  • ÜTT-yə üzvolma prosesi barədə içtimaiyyəti mütamadi məlumatlandırmaq məqsədilə http://wto.az/ internet səhifəsinin yaradılması;
  • İkitərəfli və çoxtərəfli danışıqların sürətləndirilməsi ilə əlaqədar təkliflərin hazırlanması
  • Gömrük tariflərinin ən yüksək dərəcələrinə dair təkliflərin hazırlanmasının 2 ay ərzində tamamlanması

 

Doqquzuncu iclas – 21 noyabr 2007-ci il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Əmtəələr üzrə aparılan danışıqlarda maksimal güzəşt barədə Dövlət Gömrük Komitəsinin təklifinin qəbul edilməsi
  • Maksimal güzəşt dərəcələri nəzərə alınmaqla, danışıqların aparıldığı ölkələrə əmtəələr üzrə yenilənmiş təkliflərinin hazırlanması
  • ÜTT-yə inkişaf etməkdə olan ölkə statusu ilə qəbul olunnmaq üçün səylərin göstərilməsi, bu statusun verilmədiyi təqdirdə isə, Azərbaycan üçün prioritet olan sahələr üzrə maksimal güzəştlərin əldə olunması üçün tədbirlərin görülməsi
  • Sektoral təşəbbüslərə qoşulma prioritetləri və keçid müddəti
  • Kənd təsərrüfatının subsidiyalaşdırılması üçün baza dövrü kimi 2005-2007-ci illərin təsdiq olunması
  • Kənd təsərrüfatına ayrılan subsidiyalar üzrə danışıqlarda subsidiyaların kənd təssərüfatı istehsalının 10% həcmində ayrılması imkanının əldə olunması

 

Onuncu iclas – 4 iyul 2008-ci il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Kənd təsərrüfatına daxili dəstək cədvəlinin yenilənmiş variantının 2008-ci ilin sentyabr ayından gec olmayaraq hazırlanması
  • ÜTT-yə üzv dövlətlər tərəfindən təqdim olunmuş yeni suallara sentyabr ayından gec olmayaraq cavabların hazırlanması və təqdim olunması
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı ilə nəzərdə tutulmuş işlərin qısa müddət ərzində tamamlanması
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması məqsədilə Əlavə Tədbirlər haqqında Sərəncam layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim olunması
  • Əmtəələr və xidmətlər üzrə ikitərəfli təkliflərin təkmilləşdirilməsi və avqust ayından gec olmayaraq aidiyyəti üzrə təqdim edilməsi 
  • 20 gün ərzində kənd təsərrüfatı və sənaye sahəsində Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən malların siyahısının hazırlanması

 

On birinci iclas – 5 fevral 2010-cu il

İclasda aşağıdakı məsələlər üzrə qərarlar qəbul olunmuşdur:

  • Əmtəələr və xidmətlər üzrə təkliflərin təkmilləşdirilməsi və 2010-cu ilin birinci rübündən gec olmayaraq aidiyyəti üzrə təqdim edilməsi
  • Son ikitərəfli danışıqların nəticələri nəzərə alınmaqla, maliyyə, audiovizual, enerji və strateji əhəmiyyət kəsb edən digər xidmət sahələrinə dair aidiyyəti qurumlarla məsləhətləşmələrin aparılması
  • Danışıqların növbəti raundunda təqdim edilməsi məqsədilə, 15 gün ərzində bir sıra kənd təsərrüfatı və balıqçılıq məhsulları ilə bağlı yenilənmiş tarif dərəcələri barədə əsaslandırılmış təkliflərin hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən birgə müzakirənin keçirilməsi 
  • Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planının icrasının sürətləndirilməsi