Qanunvericilik

Qanunvericilik prosesi

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 

  1. Konstitusiya
  2. Referendumla qəbul edilmiş aktlar
  3. Qanunlar
  4. Fərmanlar
  5. Nazirlər Kabinetinin qərarları
  6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları

 

Normativ hüquqi aktların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Bələdiyyələrin qəbul etdiyi aktların icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Konstitusiyaya dəyişikliklərin edilməsi qaydası

Konstitusiyanın mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyanın mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.  

 

Konstitusiyaya əlavələri Prezident və ya Milli Məclisin azı 63 deputatı təklif edə bilərlər. Konstitusiyaya əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. 

 

Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Prezidentə imzalanmaq üçün təqdim olunur. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz hissəsidir və Konstitusiyanın əsas mətninə zidd olmamalıdır.

 

Qanunvericilik təşəbbüsü hüququ

Qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Milli Məclisin deputatlarına, Prezidentə, Ali Məhkəməyə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Prokurorluğa və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

 

Qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verilmiş qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. Qanun və ya qərar layihəsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

 

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

 

Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

 

Qanunların imzalanmaq üçün təqdim olunması

Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Prezidentə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi Prezidentə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

 

Qanunların imzalanması

Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Milli Məclisə qaytara bilər. Konstitusiya qanunları Prezident tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

 

Qüvvəyə minmə tarixi

Qanunun və qərarın özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Daha ətraflı aşağıdakı keçiddən tanış ola bilərsiniz: www.e-qanun.az/framework/897

 

Hüquqi aktların növləri

Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Konstitusiya və Prezidentin aktları əsasında və onların icrası məqsədi ilə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. 

 

Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsi

Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:

  • normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;
  • əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;
  • normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;
  • irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.

 

Milli Məclisdə hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır.  Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir. Qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir. Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş prosedura əməl edilməklə qəbul edilir. Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir. 

 

Normativ hüquqi aktın imzalanması

Qanunların imzalanması üzrə prosedur yuxarıda göstərilmişdir. Digər normativ hüquqi aktların rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata keçirilir:

  • Fərmanlar – Azərbaycan Respublikasının Prezidenti
  • Nazirlər Kabinetinin qərarları – Azərbaycan Respublikasının Baş naziri
  • digər normativ hüquqi aktlar – aktı qəbul edən orqanın rəhbəri

 

Daha ətraflı aşağıdakı keçiddən tanış ola bilərsiniz:  www.e-qanun.az/framework/21300

 

Qəbul edilmiş hüquqi aktlar

Azərbaycanda son dövrlərdə aşağıdakı ticarət yönümlü hüquqi aktlar qəbul edilmişdir:

 

Sahə

Hüquqi akt

Qəbul edilmə tarixi

İdxal-ixrac tənzimləmələri

“Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” AR Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında AR Prezidentinin Fərmanı

14 may 2010-cu il

Lisenziyalaşdırma, o cümlədən idxalın lisenziyalaşdırılması “Lisenziyalar və icazələr haqqında” Qanun 15 mart 2016-cı il
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 713 nömrəli Fərmanı 21 dekabr 2015-ci il
Mənşə qaydaları və GATT-ın gömrüklə əlaqədar müddəaları Gömrük Məcəlləsi 24 iyun 2011-ci il
Gömrük qiymətləndirməsi “Gömrük tarifi haqqında” Qanun 13 iyun 2013-cü il
Antidempinq, kompensasiya və mühafizə tədbirləri “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanun

31 may 2016-cı il
 

Ticarətdə texniki maneələr, Standartlaşdırma və sertifikatlaşdırma “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun 30 may 2014-cü il
“Standartlaşdırma haqqında” Qanun  17 may 2019-cu il
“Texniki tənzimləmə haqqında” Qanun  30 sentyabr 2019-cu il
Nazirlər Kabinetinin 323 Nömrəli Qərarı ilə texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə Məlumat Mərkəzinin yaradılması və fəaliyyəti Qaydaları təsdiq edilmişdir 29 oktyabr 2021-ci il
Sanitar və fitosanitar tədbirlərSanitar və fitosanitar tədbirlər Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Milli Kodeks Alimentarius Komissiyası yaradılmışdır 9 avqust 2019-cu il
“Sanitariya-epidemioloji salamatlıq haqqında” 10 noyabr 1992-ci il tarixli 371 nömrəli Qanunda dəyişikliklər edilmişdir 23 fevral 2018-ci il
Baytarlıq haqqında” 31 may 2005-ci il tarixli 922-IIQ nömrəli Qanunda dəyişikliklər edilmişdir 27 iyun 2019-cu il
Azad zonalar və xüsusi iqtisadi zonalar “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” AR Prezidentinin 548 nömrəli Fərmanı 21 dekabr 2011-ci il
“Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” AR Prezidentinin 1947 nömrəli Sərəncamı 28 dekabr 2011-ci il
Dövlət satınalmaları “Dövlət satınalmaları haqqında” Qanun 27 dekabr 2001-ci il
Kənd təsərrüfatı “Üzümçülük və şərabçılıq haqqında” haqqında Qanunda dəyişikliklər edilməsi barədə Qanun 28 oktyabr 2008-ci il
“Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Qanun 30 sentyabr 2009-cu il
Müəlliflik hüququ və əlaqəli hüquqlar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyul 1996-cı il tarixli Qanunda dəyişikliklər edilməsi barədə Qanun 1 aprel 2008-ci il
Əmtəə nişanları və coğrafi göstəricilər “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” 12 iyun 1998-ci il tarixli Qanunda dəyişikliklər edilməsi barədə Qanun 3 aprel 2009-cu il
Patent “Patent haqqında” 25 iyul 1997-ci il tarixli Qanunda dəyişikliklər edilməsi barədə Qanun 20 oktyabr 2009-cu il
Əqli mülkiyyət hüquqları “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun 22 may 2012-ci il

 

 

f

Müzakirə mərhələsində olan hüquqi aktlar

Hazırda aşağıdakı ticarət yönümlü hüquqi aktlar müzakirə mərhələsindədir:

 

Sahə

Hüquqi akt

Rəqabət siyasəti

Rəqabət Məcəlləsinin layihəsi

Xarici ticarət “Xarici ticarət fəaliyyətinin tənzimlənmasi haqqında” Qanun layihəsi
Müəlliflik hüquqları və əlaqəli hüquqlar “Rəqəmsəl şəbəkələrdə yayım təşkilatlarının hüquqlarının qorunması haqqında” Qanun layihəsi
Telekommunikasiya “Telekommunikasiya haqqında” 25 aprel 2014-cü il tarixli Qanunda dəyişikliklər edilməsi barədə Qanun layihəsi
Sanitar və fitosanitar tədbirlər “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-IQ nömrəli Qanunda dəyişikliklər edilməsi baradə Qanun layihəsi. AR Prezidentinin 10 fevral 2017-ci il tarixli 1235 nömrəli Fərmanına əsasən, bu qanun “Qida təhlükəsizliyi haqqında” Qanunla əvəz olunacaq    
“Fitosanitar nəzarəti haqqında” 12 may 2006-cı il tarixli 102-IIIQ  nömrəli Qanunda dəyişikliklər edilməsi baradə Qanun layihəsi
“Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 9 mart 1993-cü il tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi baradə qərar layihəsi