Sual-Cavab

  1. 1.

    Azərbaycanda kənd təsərrüfatı və aqro-yeyinti sektorunda ÜTT üzvlərinin üstünlükləri hansılardır?

    Əsas üstünlüklərdən biri, bazara çıxışın, xüsusən də Azərbaycanın ixrac gücü olan və ixrac bazarlarını genişləndirmək, diversifikasiya etmək niyyətində olduğu sektorlar üçün daha çox müəyyənliyidir. İxracat bazarlarını inkişaf etdirmək üçün investisiya qoymaqla Azərbaycan şirkətləri ÜTT qaydaları ilə mühüm qorunma əldə edirlər. Buna baxmayaraq, bu qorunmalar, üzvlük prosessi tamamlana qədər təsirli olmayacaqlar.

  2. 2.

    ÜTT, digərləri məsələlərlə yanaşı, Azərbaycanın əhalinin sağlamlığının, ətraf mühitinin, mənaviyyatının və milli təhlükəsizliyinin qorunması üçün tədbirlər görməsinə mane olacaqmı?

    Tariflər və Ticarət üzrə Baş Sazişin (“GATT 1994”) XX və XXI maddələri, Xidmətlərlə Ticarət üzrə Baş Sazişin (“GATS”) və Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Əlaqəli Aspektlərinə dair Sazişin (“TRİPS Sazişi”) oxşar maddələri bu cür tədbirlərin hər hansı bir üzv tərəfindən birtərəfli şəkildə qəbul edilə biləcəyini aydın şəkildə bildirir. Üzvlər tərəfindən, bunu müvafiq hesab etdikləri təqdirdə, bu cür qəbul olunmuş və tətbiq olunan tədbirlərin bir çox nümunəsi mövcuddur. Lakin qeyd etmək lazımdır ki, əgər hər hansı bir üzv ölkə bu tədbirlərin qəbul olunması və tətbiq edilməsi şərtlərinin GATT, GATS və TRİPS-də nəzərdə tutulan qaydalara zidd olması fikrində olarsa, bu istisnalar ÜTT tərəfindən yoxlanıla bilər. Məsələn, tutarlı bir əsas olmadan, müəyyən ÜTT üzvlərindən olan idxala tədbirin tətbiq edilməsi, digərlərinə isə bu tədbirin nəzərdə tutmaması, şox güman ki, çoxtərəfli qaydaların pozmasını halıdır. ÜTT-nin Sazişlərinin tələblərinə riayət olunduğu təqdirdə isə əksinə olaraq, ÜTT öz növbəsində qəbul edilən və tətbiq olunan ticarəti məhdudlaşdıran tədbirlərə heç bir formada müdaxilə etməyəcəkdir. Misal üçün, 2018-ci ilin iyun ayında, böyük beynəlxalq korporasiyalarının və tütün istehsal edən ölkələrin mənafelərinə çox mənfi təsir göstərsə də, Avstraliyanın 2011-ci il tarixli Tütünün Qablaşdırılması haqqında Aktın və müvafiq normativ aktların ÜTT qaydalarına zidd olmaması Panel tərəfindən təsdiq olunmuşdur. Krevetlər, bərpa olunmuş şinlər və möhürlərlə əlaqədar digər işlər də ÜTT tərəfindən oxşar ticarəti məhdudlaşdıran təbdirlərə icazə verilmiş işlərdir.

  3. 3.

    Üzvlük nəticəsində subsidiya formasında hökumət tərəfindən dəstək qadağan ediləcək?

    Xeyr. Ümumən, ÜTT sazişləri müəssisələrə verilən subsidiyaların müəyyən spesifik növlərini qadağan edirlər. Bu qadağa ixrac subsidiyalarını və idxal məhsulları əvəzinə, yerli məhsulların istifədəsi şərti qoyulan subsidiyaları əhatə edir. Subsidiyaların bütün digər növləri ya ÜTT-nin əhadə dairəsinə daxil deyil, ya da ki, digər ÜTT üzvünə mənfi təsir göstərməmək şərtilə icazə verilir. İşsizlik, yaşla əlaqədar və digər subsidiyalar ÜTT tərəfindən tənzimlənmir, yəni ki, ÜTT-yə üzvlük Azərbaycan hökumətinin Azərbaycan xalqına bu cür subsidiyalar verməsinə təsir göstərməyəcək.

  4. 4.

    ÜTT üzvü idxalın artmasına qarşı tədbir görə bilər?

    Mühafizə haqqında Sazişdə və 1994-cü il Ticarət və Tariflər üzrə Baş Sazişdə (GATT) göstərilən müəyyən əsaslı və prosedur tələblərə cavab verilərsə, ÜTT sazişləri gözlənilməz idxal artımına qarşı tədbirlər görülməsinə icazə verir. 50-dən artıq üzv ölkə bu aləti tez-tez istifadə edir. Bundan əlavə, ÜTT sazişləri antidempinq və anti-subsidiya tədbirlərinin görülməsinə icazə verirlər, bu şərtlə ki, idxal dempinqli qiymətlələ baş tutsun və ya qarşısıalına bilən subsidiya almış olsun. Bu barədə daha ətraflı məlumatı “Ticarət Müdafiə Tədbirləri” səhifəsindən (http://wto.az/saheler/ticaret-mudafie-tedbirleri/) əldə edə bilərsiniz.

  5. 5.

    Hal-hazırda hansı ölkələr ÜTT-yə üzvlük üçün danışıqlar mərhələsindədirlər?

    Azərbaycandan başqa, ÜTT-yə üzvlük üçün danışıqlar aparan 21 ölkə var. Bunlar arasında əsaslı iqtisadiyyatı olan ölkələrə Belarus, İran, İraq, Özbəkistan, Serbiya və Bosniya və Hersoqovina aiddir. Belarus və Bosniya və Hersoqovinanın danışıqları yekunlaşdırmaq üzrə olduqları bildirilmişdir. Digərləri isə aktiv şəkildə iştirak edirlər (məsələn, Serbiya) və ya danışıqları yenidən başlayırlar (məsələn, İraq və Özbəkistan).

  6. 6.

    Üzvlük nəticəsində ölkələr faktiki olaraq nə əldə edirlər?

    Empirik məlumatlara və üzv ölkələrin bəyanatlarına əsasən, üzv olan ölkələr tərəfindən aşağıdakı nəticələr əldə olunur: 1) İqtisadi göstəricilərin yaxşılaşdırılması və ticarətdə artım; 2) İqtisadiyyatın struktur dəyişikliyi; 3) İqtisadiyyatın diversifikasiyası; 4) Artan rəqabət; 5) İşgüzar mühitin gücləndirilməsi; 6) İdarəetmənin inkişafı və/və ya bazara əsaslanan inkişaf. Bu barədə daha ətraflı məlumatı “Üzvlük və üzvolmalar” səhifəsindən (http://wto.az/wto/uzvluk-ve-uzvolmalar/) əldə edə bilərsiniz.

  7. 7.

    ÜTT-yə üzv olmaqla ölkələr nə əldə etmək istəyirlər?

    Hər ölkənin öz məqsədi var. Lakin aşağıda qeyd edilənlər, adətən, ÜTT-yə üzvlük üçün göstərilən səbəblərdir: 1) Struktur islahatlar da daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsi; 2) İqtisadiyyatın dar əmtəə çeşidindən asılılığının azaldılması istiqamətində diversifikasiyası; 3) Müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu prosesi; 4) Mərkəzi planlaşdırma iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid; 5) Regional inteqrasiya təşəbbüsü istiqamətində irəliləyiş.

  8. 8.

    ÜTT-nin mübahisələrin həlli mexanizmi həqiqətən də ən böyük üzvlərdən başqa digər ölkələr tərəfindən istifadə olunurmu?

    Bəli. Əksər mübahisələr inkişaf etmiş ölkələri və ya inkişaf etməkdə olan iri ölkələri əhatə etsə də (bu da onların bazarlarının böyüklüyü və beynəlxalq ticərətdəki çəkisi ilə bağlıdır), bir sıra mübahisələr də var ki, iddiaçı və ya cavabdeh, yaxud da hər ikisi inkişaf etməkdə olan orta və ya kiçik ölkələrdir. Məsələn, ilk mübahisələrdən biri Kosta Rika tərəfindən Birləşmiş Ştatlara qarşı başlanılmış və nəticədə də, Kosta Rikanın xeyrinə həll olunmuş mübahisədir. O cümlədən, Latın Amerika ölkələri (məsələn, Guatemala Peruya qarşı və ya Kosta Rika Trinidad və Tobaqoya qarşı) və ya Asiya ölkələri (məsələn, Vyetnam və Tayvan İndoneziyaya qarşı) arasında müxtəlif mübahisələr mövcuddur. MDB ölkələri arasında, mübahisələrin həlli mexanizminin əsas istifadəçiləri Ukrayna (iddiaçı kimi 7 işdə, cavabdeh kimi 4 işdə) və Rusiyadır (iddiaçı kimi 7 işdə, cavabdeh kimi 9 işdə). Moldova, Ermənistan və Qazaxıstan da ÜTT-nin mübahisələrində iştirak etmişlər.

  9. 9.

    ÜTT qaydaları bunu nəzərdə tuturmu ki, Azərbaycan artıq öz kənd təsərrüfatının inkişafına investisiya qoya və onu dəstəkləyə bilməyəcək?

    Xeyr. ÜTT qaydaları ölkələri öz kənd təsərrüfatı sektorlarına investisiya qoymalarına və fermerlərə dəstək vermələrinə mane olmur. Hökümətin bir sıra siyasət sahələri hər hansı bir məhdudiyyətlərdən tamamilə azaddır. Bunlara dövlət xidmətlərinin bütün növləri (tədqiqat, marketinq, infrastrukturun təkmilləşdirilməsi), eləcə də fermerlərə bir neçə növ birbaşa ödənişlərin verilməsi daxildir. İstehsalata daha çox təsir göstərən giriş subsidiyaları kimi, digər siyəsətlər üçün təmin edilə biləcək dəstəyin həcminə dair məhdudiyyətlər tətbiq oluna bilər. ÜTT-yə üzv olduqdan sonra Azərbaycanın kənd təsərrüfatı siyasəti üçün əsas məsələ kənd təsərrüfatının inkişafı üçün real ehtiyacların müəyyənləşdirilməsi və bu ehtiyacları qarşılamaq üçün kənd təsərrüfatı siyasətinə müdaxilələri hazırlamaq ötrü ÜTT qaydaları ilə icazə verilən imkanlardan tam istifadə etməkdir.

  10. 10.

    Hər hansı bir ölkə ÜTT-ni nə vaxtsa tərk edibmi?

    Xeyr. Ölkənin ümümi ölçüsündən, iqtisadiyyatın növündən və ya siyasi istiqamətindən asılı olmayaraq, üzvlük statusunun saxlanılması ölkələrin ümumilidə maraqları üçün daha yaxşı xidmət göstərir. Bu yolla onlar ÜTT-nin orqanlarında və qərarların qəbul edilməsində iştirak etmək hüququna malikdirlər. Qərarların razılıq əsasında qəbul edilməsini nəzərə alaraq, hər hansı bir üzv ölkə öz maraqlarına uyğun olmayan qərarların qəbul edilməsinə mane ola və gələcəkdə tətbiq ediləcək çoxtərəfli qaydaları formalaşdıra bilər.

  11. 11.

    ÜTT necə maliyyələşdirilir?

    Üzvlərindən ödənişlər vasitəsilə. Ödəniləcək məbləğ hər bir üzvün beynəlxalq ticarətdəki payından asılıdır. Məsələn, 2018-ci il üzrə ÜTT-nin ümumi büdcəsi 197 milyon İsveçrə Frankından (CHF) çoxdur. Büdcəyə ən çox vəsait ABŞ-dan (22 milyon CHF-dən çox), daha sonra isə Çindən (19 milyon CHF) daxil olur. 2018-ci il üçün üzvlər tərəfindən ödənilən vəsaitlərlə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://www.wto.org/english/thewto_e/secre_e/budget_e/budget2018_member_contribution_e.pdf

  12. 12.

    ÜTT-yə üzv ölkə digər ölkələrlə güzəştli ticarət sazişlərini bağlaya bilərmi?

    Bəli. Ancaq bu cür sazişlər, müvafiq olaraq Tariflər və Ticarət üzrə Baş Sazişin (“GATT 1994”) XXIV maddəsində və/və ya Xidmətlərə Ticarət üzrə Baş Sazişin (“GATS”) V maddəsində nəzərdə tutulan qaydalara uyğun olmalıdır. Avqust 2018-ci il tarixinə olan məlumata əsassın ÜTT bildirmişdir ki, 305 belə saziş qüvvədədir və onlardan 42-sində Avropa İttifaqı iştirak edir. Bu sazişlərdən bir neçəsi, məsələn, son zamanda 11 Asiya və Sakit okean ölkələri tərəfindən imzalanmış saziş kimi çoxtərəfli sazişlərdir. ÜTT hər hansı əsas ticarət açılışını təmin edə bilməməsinə görə, RTS-in sayı yaxın gələcəkdə artmağa davam edəcəkdir.

  13. 13.

    ÜTT-yə üzvlük Azərbaycan ixracatçılarının vəziyyətini yaxşılaşdırmalıdırmı?

    İndiki vəziyyətdən fərqli olaraq, ÜTT-yə üzv olduqdan sonra idxalçı ölkələr Azərbaycanın ixracına ÜTT Sazişlərinin müddəalarını tətbiq etməli olacaqlar. ÜTT müddəaları tərəfindən Azərbaycan ixracatçılarına verilən hüquqlar onların digər ÜTT üzvlərinin bazarlarına çıxış imkanlarını artıracaqdır. Əlavə ÜTT danışıqlarının nəticələri Azərbaycan məhsulların bazarlara çıxış şərtlərini daha da təkmilləşdirəcəkdir.

  14. 14.

    ÜTT üzvü olan dövlətlərin sayı neçədir?

    2018-ci ilin avqust ayı üçün ÜTT-nin 164 üzvü mövcuddur. Son dövrlərdə üzv olan ölkələrdən biri də 2015-ci ildə üzv olmuş Qazaxıstandır. ÜTT üzvləri dünya ticarətin 98%-ni təmsil edirlər.

  15. 15.

    Uruqvay Raundunda neçə saziş qəbul edilmişdir?

    Uruqvay Raundunun yekununda 60-a yaxın saziş və qərar qəbul edilmişdir. Onlardan bəzilərinin müddəti bitmişdir. Digərləri isə daha sonradan qəbul edilmişlər, məsələn, Ticarətin Asanlaşdırılması üzrə Saziş.

  16. 16.

    Azərbaycan Respublikası ÜTT-yə üzv olmaq üçün nə zaman müraciət edib?

    Azərbaycan Respublikası ÜTT-yə üzv olmaq istəyini əks etdirən müraciəti ÜTT Katibliyinə 23 İyun 1997-ci ildə təqdim etmişdir.

  17. 17.

    Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda əsas məqsəd nədir?

    ÜTT-yə üzv olmaqda əsas məqsəd dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirməkdir.

  18. 18.

    Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyünə hansı məsul qurum qərar verir?

    ÜTT Katibliyi tərəfindən dəstəklənən Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə İşçi Qrup danışıqlar prosesində başlıca rol oynayır, belə ki, İşçi Qrupun hesabatının layihəsi onun məsuliyyəti altında hazırlanır. Lakin üzvlük paketi Nazirlər Konfransı və ya Baş Şura tərəfindən qəbul edilir. Misal üçün, Qazaxıstanın üzvlüyünə İndoneziyanın Bali şəhərində Nazirlər Konfransında razılığa gəlinib.

  19. 19.

    Azərbaycanın ÜTT-yə üzv olması üzrə İşçi Qrupa neçə ÜTT üzvü ölkə daxildir?

    İşçi Qrupa Çin, Avropa İttifaqı, Rusiya Federasiyası, Türkiyə və Amerika Birləşmiş Ştatları da daxil olmaqla, 42 ölkə daxildir.

  20. 20.

    Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə İşçi Qrupun axırıncı iclası nə vaxt keçirilmişdir?

    Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə İşçi Qrupun axırıncı (14-cü iclası) 28 iyul 2017-ci il tarixində İsveçrənin Cenevrə şəhərində keçirilmişdir.

  21. 21.

    Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın sədri kimdir?

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 mart tarixli 187 saylı Qərarına əsasən, Komissiyanın sədri iqtisadiyyat naziri Şahin Mustafayev, sədrin müavinləri isə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və ədliyyə nazirinin müavini Toğrul Musayevdir.

  22. 22.

    Danışıqlarda hansı əsas mövzular əhatə olunur?

    ÜTT mallar və xidmətlərlə ticarət, əqli mülkiyyət hüquqları ilə bağlı bir çox mövzuları əhatə edir. ÜTT-yə qoşulan hər bir ölkənin vəziyyətindən və maraqlarından asılı olaraq, əsas mövzular müxtəlif ola bilər. Azərbaycanla əlaqədar isə, inkişaf etməkdə olan ölkə kimi tanınma istəyi, kənd təsərrüfatına daxili dəstək və tariflərlə bağlı məsələlər əsas həssas müzakirə obyektləridir.

  23. 23.

    ÜTT üzvlük danışıqları milli qanunvericiliyinin təkmilləşdirilməsini tələb edirmi və əgər tələb edirsə, hansı sahələrdə bu dəyişikliklər edilməlidir?

    Çox hallarda, qoşulmaq üçün müraciət edən ölkələr rəqabət, texniki tənzimləmə, akkreditasiya, standartlaşdırma və metrologiya, qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya, gömrük, kənd təsərrüfatı, ticarət müdafiə tədbirləri, xidmətlər və əqli mülkiyyət kimi sahələr üzrə öz qanunvericiliklərində dəyişikliklər etməli olurlar.