Ticarət müdafiə tədbirləri

Dövlət siyasəti və tənzimləyici çərçivə

2016-cı ildən qüvvəyə minən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu müvəqqəti və ya yekun antidempinq, kompensasiya və ya mühafizə tədbirlərin tətbiqi, həmçinin bu cür tədbirlərə baxış üçün xüsusi tələblər və çərçivə müəyyən edir. Bu qanunun qüvvəyə minməsi ilə Azərbaycan Hökuməti öz yerli istehsal maraqlarını haqsız ticarət təcrübələri (dempinq və subsidiyalaşma) və ya qəfil artmış idxalın səbəb olduğu zərərdən qətiyyətlə qoruyur. Bu qanunu effektiv etmək məqsədilə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qarşısında tədqiqatların təşkili və aparılması tapşırığı qoyulmuşdur. Müvəqqəti və ya yekun antidempinq, kompensasiya və ya mühafizə tədbirlərin tətbiqi, həmçinin bu cür tədbirlərin icmalı da daxil olmaqla əksər qərarların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanuna buradan keçid etmək olar: www.e-qanun.az/framework/33306


Ticarət müdafiə vasitələri nə deməkdir?

Ticarət müdafiə vasitələri (antidempinq, anti-subsidiya və mühafizə) on illər əvvəl yaradılıb və adətən ən böyük iqtisadiyyata malik olan ölkələr tərəfindən istifadə olunub. Buna baxmayaraq, 90-cı illərdən etibarən iqtisadiyyatının həcmindən asılı olmayaraq bir çox inkişaf etməkdə olan ölkələr də onlardan istifadə etməyə başlamışlar. Dünya üzrə bunlardan ən çox istifadə edənlər Hindistan, ABŞ və Avropa Birliyi ölkələridir. MDB ərazisində isə ən çox istifadə edənlər Avrasiya İqtisadi Birliyi (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) və Ukraynadır. Moldova dövri olaraq mühafizə araşdırmaları həyata keçirir.

 

ÜTT üzvü olmayan ölkələr öz gömrük rüsumlarını tənzimləməkdə (artırmaq və azaltmaq) sərbəstdirlər. Lakin, Azərbaycan ÜTT üzvü olduqdan sonra gömrük rüsumlarını müəyyən edilmiş hədlərdən yuxarı qaldıra bilməyəcək. Ticarət müdafiə vasitələri bu qaydaya münasibətdə istisna hesab edilir.

 

Nümunə:
Azərbaycan qablaşdırılmış su üçün 20%-dən çox olmayan gömrük rüsumu tətbiq edirsə və araşdırma nəticəsində X ölkəsindən su idxal olunan zaman dempinqin mövcudluğu müəyyən edilmişdirsə, bu ölkədən idxal olunan suya görə gömrük rüsumu (məsələn 20%) və ona əlavə olaraq hesablanmış dempinq marjası (məsələn 20%) hesablanacaqdır. Azərbaycan idxalçısı bu halda fakturada olan CİF qiymətinin 40%-i həcmində rüsum ödəməlidir.


Dempinq nədir?
Məhsul, ixrac edən ölkənin yerli bazarında eyni məhsula olan qiymətdən aşağı qiymətə Azərbaycana idxal edilərsə, bu dempinq hesab edilir. Beləliklə, dempinqin müəyyən edilməsi normal olaraq iki qiymətin (xərclərin deyil) müqayisə olunmasını tələb edir. Dempinq marjasını tapmaq üçün dempinqin müəyyən olunmasının 6 mərhələsi var:

 

Adətən, müəyyənetmə prosesi və hesablamalar ixracatçı tərəfindən təmin edilən məlumatlara əsaslanaraq aparılır.

 

Subsidiyalaşma nədir?
Şirkətlərə verilən bütün subsidiya növlərinin hamısına anti-subsidiya tədbirləri tətbiq edilə bilməz. Subsidiyaların kompensasiya edilə bilməsi üçün onların bir sıra tələblərə cavab verməsi lazımdır:

Subsidiyaların tipik nümunələri olaraq ianələr, kredit təminatları, vergilərin azaldılması və ya vergidən azadolmalar, gömrük rüsumundan azadolmalar (bəzi hallarda), malların və xidmətlərin adekvat qiymətlərindən aşağı qiymətə təqdim edilməsi və s. göstərilə bilər.

 

Yuxarıdakı müəyyən etmə prosesi araşdırma aparılan xarici dövlətin və ixracatçının təqdim etdiyi sübutlara əsaslanmalıdır. Araşdırma iki fərqli və bir-biri ilə əlaqəli mərhələdən ibarətdir:
  • İlkin olaraq subsidiyanın mövcudluğu müəyyən edilməlidir. Bu analiz proqramdan proqrama aparılır
  • İkinci olaraq isə, subsidiyalaşmanın məbləği hesablanmalıdır. Kompensasiya edilə bilən subsidiyanın müəyyən edildiyi hər bir proqram üzrə subsidiyalaşma hesablanmalıdır. Daha sonra isə, araşdırılan məhsul üzrə subsidiyalaşmanın məbləğini müəyyən etmək üçün hər bir proqram üzrə məbləğ cəmlənməlidir

 

Mühafizə tədbirləri nədir?

Antidempinq və anti-subsidiya tədbirlərindən fərqli olaraq, mühafizə tədbirləri araşdırmaları zamanı haqsız ticarət təcrübəsinin baş verdiyini sübut etməyə ehtiyac yoxdur. Mühafizə tədbirləri artan idxala qarşı aparılan fəaliyyətdir. Araşdırmanın əsas hədəfi idxalın həcmində yeni, qəfil, güclü və əhəmiyyətli artımın olub-olmamasını müəyyən etməkdən ibarətdir. Mühafizə tədbirləri həmçinin idxalın həcmində xalis artım olmadığı, lakin yerli istehsala nisbətdə artım olduğu hallarda da tətbiq edilə bilər.
Qrafikdə göstərilən nümunədə, 5 illik dövr ərzində idxalın həcmi bir neçə dəfə artmış və həmçinin ildən-ilə artım da müşahidə edilmişdir. Deməli, idxalda tələb olunan artım səviyyəsi mövcuddur.
 
Yerli sənayeyə dəyən zərər nədir?
Dempinq, subsidiyalaşma və idxalın artımı Azərbaycanda oxşar məhsul istehsal edən və satan yerli sənayeyə zərər vurmadıqca, dempinq, subsidiyalaşma və artan idxala qarşı heç bir tədbir həyata keçirilə bilməz.  Zərərin müəyyən edilməsi ayrıca analizlərin və müəyyənetmə proseslərinin aparılmasını tələb edir:
 
 
Zərərin müəyyən edilməsi oxşar məhsulun Azərbaycandakı bütün istehsalçılarının vəziyyəti nəzərə alınmaqla aparılır. Analizlər və müəyyənetmə prosesləri Azərbaycan istehsalçıları və satıcıları tərəfindən təqdim edilən ətraflı məlumatlara əsaslanır. Əgər əməkdaşlıq olmasa, heç bir zərərin müəyyən edilməsi aparıla bilməz və heç bir mühafizə tədbiri həyata keçirilə bilməz.
 

Bir tərəfdə dempinqli, subsidiyalaşmış və ya həcmi artan idxal, digər tərəfdə isə müəyyən edilmiş zərər olmaqla, ikisi arasında səbəbli əlaqənin mövcudluğu göstərilməlidir. Həmçinin, zərərin dəyməsinə dempinqli, subsidiyalaşmış və ya həcmi artan idxaldan başqa digər faktorların da səbəb olub-olmadığı araşdırılmalıdır.

 

Qısa şəkildə prosedurlar

Prosedur 3 əsas hissəyə bölünür: ilkin təşəbbüs, müvəqqəti və yekun qərar mərhələsi. Əsas müəyyən etmələr: başlanğıc, hazırlıq və yekun.

 

 

Araşdırmalara, adətən, yerli sənaye tərəfindən təqdim edilmiş sorğuya (şikayət) uyğun olaraq başlanılır. Bu şikayətə, əlavə edilmədiyi halda şikayətin rədd edilməli olduğu və ən azı dempinq/subsidiyalaşma/idxalın artımı və yerli sənayeyə dəyən zərərin mövcudluğunu sübut edən ilkin məlumatlar daxil edilməlidir.

 

Araşdırmaya başlamaq üçün tələblər təmin edildikdə, ilkin addımlar, başlanğıc üçün bütün maraqlı şəxslərin məlumatlandırılmasına və digər ixracatçılar, idxalçılar və yerli sənayedən, habelə, dövlət orqanlarından uyğun məlumatların toplanılmasına yönəldilir. Məlumatların təsdiqlənməsinə dərhal başlanılır. Sənədə daxil olan məlumatlar əsasında araşdırma aparan orqan ortaya çıxan faktlar və təkliflər daxil olmaqla hesabat hazırlayır. Müvəqqəti tədbirlərin həyata keçirilməsinə Nazirlər Kabineti qərar verir.

 

Yekun mərhələ ilkin müəyyən etmənin açıqlanması ilə başlanır. Tərəflərin öz rəylərini təqdim etmək hüququ vardır. Məlumatların təsdiqlənməsi tamamlanır. Tərəflərin tələbi ilə araşdırma aparan orqan onları dinləyir. Faktların ortaya çıxarılması mərhələsi tamamlandıqda araşdırma aparan orqan ortaya çıxan faktlar və təkliflər daxil olmaqla hesabat hazırlayır. Tərəflərə hesabatla bağlı öz rəylərini bildirmək hüququ verildikdən sonra, araşdırma aparan orqan son müəyyənetməni müzakirə, qərarın verilməsi və yekun tədbirlərin tətbiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edir. Qərar əleyhinə yerli məhkəmələr qarşısında iddia qaldırıla bilər.


Aidiyyəti orqanları və onların səlahiyyətləri

Araşdırma aparan orqan və qərar verən orqan arasında məsuliyyət bölgüsü edilib. Araşdırma səlahiyyəti funksiyası Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Antiinhisar və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinə verilib. Xidmətin araşdırmalara başlamaq səlahiyyətinin olması əhəmiyyətlidir. Bütün əsas araşdırma fəaliyyətlərinin həyata keçirilməsindən başqa Xidmət, həmçinin, qərar verici orqanın qərarlarının əsaslanması üçün hesabatların hazırlanmasına cavabdehdir. Araşdırma aparan orqanın internet səhifəsinə aşağıdakı keçid vasitəsilə daxil olmaq olar:  www.consumer.gov.az

 

Nazirlər Kabineti qərar verici orqandır. Onun digər səlahiyyətlərlə yanaşı müvəqqəti və yekun tədbirlərin tətbiq edilməsi, habelə, tədbirlərin müddətinin uzadılması və ləğv edilməsi ilə bağlı qərarların qəbul edilməsi səlahiyyəti var.

 

Digər maraqlı tərəflər

Hər hansı ticarət müdafiə sistemində özəl sektorun vacib rolu vardır. Nadir hallarda, araşdırmalar dövlətin öz təşəbbüsü ilə başlanır. Araşdırma başladıqda, müəyyən etmələr digər maraqlı tərəflərlə yanaşı, yerli sənaye və idxalçılar tərəfindən təqdim edilən faktlara əsaslanmalıdır. Beləliklə, özəl sektorun güclü əsaslandırılmış şikayət və Dövlət Xidməti tərəfindən təqdim edilmiş anketlərə cavab hazırlaya bilmək üçün müvafiq vasitələri kifayət qədər dərindən başa düşməsi vacibdir. Assosiasiyalar, habelə, konsultantlar yerli istehsalçılara məlumatların toplanmasında və dəyərləndirilməsində və məsələnin davam etdirilməsinin əsaslı və faydalı olması barədə son qərarın verilməsi istiqamətində yardım etməlidirlər.


Müvafiq sənədlər, məlumatlar və mənbələr

Müvafiq sənədlər, məlumatlar və ya mənbələri əldə etmək üçün aşağıdakı linklərə daxil olun:

Tənzimləyici çərçivə

Məlumat

Mənbələr

Seçilmiş araşdırma səlahiyyətli orqanların səhifələri