Ticarət siyasətinin monitorinqi

​Giriş

Milli ticarət siyasətinin monitorinqinin məqsədi üzvlərin daxili siyasətlərini anlamaq, onların çoxtərəfli sistemə təsirini qiymətləndirmək və şəffaflığı təkmilləşdirməkdən ibarətdir. Ticarət Siyasətinə Baxış Qurumu (TPRB) Ticarət Siyasətinə Baxış Mexanizminin idarəedilməsinə cavabdehdir. TPRB-nin funksiyalarını ÜTT-nin Baş Şurası həyata keçirir.

 

Yoxlamalar iki əsas nəticənin əldə olunmasına istiqamətlənir: 

  • Ölkənin siyasəti və şəraiti haqqında digər tərəflərə məlumatın təqdim olunması
  • Yoxlanış keçirilən dövlətə onun sistemdə fəaliyyətinə dair rəyin bildirilməsi 

 

İnkişaf etməkdə olan ölkələrdə keçirilən yoxlama, həmçinin, belə ölkələrin texniki və digər növ yardıma olan ehtiyaclarının aşkarlanmasına kömək edir.

 

Bu nə deməkdir?

Bu, üzvlərin ÜTT-də götürdükləri öhdəliklərə və qaydalara riayət edib-etmədiklərini yoxlamaq məqsədilə aparılan dövri baxışdır. Mexanizm üzvlərin öhdəliklərinin yerinə yetirilmə aləti kimi və ya üzvlərə yeni öhdəliklərin həvalə olunması üçün yaradılmamışdır. Lakin bu mexanizm üzvlərin təşkilata uyğun olmayan tədbirlərini digər üzvlərə və beynəlxalq ticarət ictimaiyyətinə açıqlamaqla ÜTT-yə uyğun davranışı təşviq edir. Bu proses, həmçinin, üzvlərə potensial proteksionizmə, daxildə yerli sənaye tərəfindən tələb oluna bilən və ÜTT-yə zidd olan siyasətlərə qarşı hərəkət etmək üçün izahat (əsas) verir.

 

Yoxlamada kim keçirilir?

Bütün üzvlər mütəmadi olaraq yoxlamadan keçirilir. Üzvün yoxlamadan keçirilmə tezliyi hər bir üzvün mallar və xidmətlər üzrə yaxın hesabat dövründə dünya ticarətində olan payına uyğun müəyyən olunur. Ölkələrin yoxalamaları aşağıdakı tezliklə həyata keçirilir:

 

 

Proses necə icra edilir? 

Hər yoxlama müvafiq tutulan ölkənin və ÜTT Katibliyinin hesabatlarından ibarətdir. Hər bir üzv mütəmadi olaraq TPRB-yə hesabat verməlidir. Tam hesabatlar müvafiq Üzvün TPRB tərəfindən qəbul edilən razılaşdırılmış formata uyğun olaraq ticarət siyasətini və təcrübələrini təsvir etməlidirlər. ÜTT Katibliyi, həmçinin, mövcud məlumatlar əsasında öz hesabatını hazırlayır. TPRB-nin görüşündə hesabatlar üzvlər tərəfindən müzakirə edilir, onlar öz sual və rəylərini təqdim edə bilərlər. İki hesabat, TPRB sədrinin yekun qeydlərivə iclasın protokolu yoxlanış bitdikdən sonra dərc olunur.