Tütün mübahisəsi

Mübahisənin əhəmiyyəti 

Bu hal yəqin ki, ÜTT-nin Mübahisələrin həlli mexanizminin inidiyə qədər nizamlamağa çalışdığı ən vacib məsələlərdən biridir. Əvvəllər tütün məhsulları ilə əlaqədar digər mübahisələr olsa da, yalnız bu məsələdə haqqında müzakirələr aparılan qanunvericiliyin əhalinin sağlamlığına yönəlik olaraq qəbul edildiyini demək mümkündür.

 

Panelin qarşısında qoyulan məsələ Avstraliyada tətbiq edilən tütün qablaşdırılması haqqında qanunvericiliyin ÜTT qaydalarına uyğun gəlib gəlməməsini müəyyən etməkdən ibarət idi. 2018-ci ilin iyun ayının sonunda dərc olunan qərar daha aydın ifadə edilə bilməzdi: şikayətçilər tərəfindən qaldırılan bütün iddialar rədd edilmişdir. Buna görə də, bu hal müdafiə tərəfinin tam olaraq öz tədbirlərini uğurla müdafiə etdiyi nadir hallardan biri oldu. 

 

Bu qərar təsdiq edir ki, üzv dövlətlərin əhalinin sağlamlığını qorumaq məqsədilə ticarəti məhdudlaşdırıcı effektə malik olsa belə, sərt tədbirlər görməyə tam hüququ vardır. Başqa sözlə desək, bu qərar əhalinin sağlamlığının ticarətdən üstün olması barədə açıq mesaj verir.  

 

Bu qərarın ardınca, digər ölkələr tərəfindən qəbul edilmiş tütün məhsullarından istifadənin azaldılması ilə bağlı oxşar qanunvericiliyə bərabər şəkildə icazə verilməli idi. Bir halda ki, bu mübahisənin əsas mövzusu əhalinin sağlamlığının tütün məmulatlarının istehlakından qorunmasıdır, alkoqollu içkilərin və zərərli qidaların istehlakı ilə bağlı əhalinin sağlamlığı üçün yaranan narahatçılıqlarla bağlı da oxşar qanunvericiliyə icazə verilə bilər. 

 

Ümumi olaraq, Tütün haqqında verilmiş qərar ÜTT qaydalarının davamı olaraq ətraf mühit və təbii sərvətlər, əmək hüquqları və s. kimi digər vacib ictimai dəyərlərin və maraqların qorunması üçün müəyyən tədbirlərin görülməsinin mümkünlüyü barədə açıq mesaj verir. Artıq belə dəyərlərin və maraqların qorunması təktərəfli ticarət üstünlüyünün (məhdud) kontekstində və imtiyazlı ticarət sazişlərində nəzərə alınır. Tütün haqqında qərar sayəsində ölkələr ticarətə dəstək verən mühafizəedici qaydaların inkişaf etdirilməsi və tətbiq edilməsi üçün güclü zəmin əldə edəcəklər. 

 

Xülasə, Tütün haqqında qərarq açıq-aşkar göstərir ki, vacib sosial dəyərləri və maraqları qorumaq üçün qanunlar qəbul edilə bilər və ÜTT dövlətin həmin dəyərləri və maraqları tənzimləmək hüququna müdaxilə etməyəcək (ÜTT qaydalarına riayət etmək şərtilə). Odur ki, bu qərar ÜTT-nin korporasiyaların kommersiya maraqlarını dəstəkləməsi ilə bağlı əsassız iddiaları alt-üst edir.

 

Qeyd etmək lazımdır ki, Avstraliyanın qablaşdırmaya dair tələblərinə ÜTT-yə qədər beynəlxalq tütün korporasiyaları tərəfindən Avstraliya Konstitusiya məhkəməsində və İnvestisiya mübahisələrinin həlli forumunda iki dəfə iddia qaldırılmışdır. Hər iki halda iddialar nəticəsiz qalmışdır. 

 

Ümumdünya Səhiyyə Təşkilatı ÜTT-nin qərarını müsbət qarşılamışdır. 


Yaranmış zəmin və mübahisə edilən məsələ
2010-cu ildə Avstraliya öz səhiyyə strategiyasının tərkib hissəsi olaraq, ölkədəki əsas səhiyyə problemlərinə yönəlik müəyyən tədbirlər planı elan etdi. Bu plana tütün məhsullarına olan aksiz vergisinin 25% artırılması, tütün məhsullarının internet üzərindən reklamına məhdudiyyətlər qoyulması və siqaret əleyhinə kampaniyalara xərclənən vəsaitin artırılması daxil idi. Bu tədbirlərə, həmçinin, 1 dekabr 2012-ci il tarixindən bütün siqaretlərin sadə, cəlbedici olmayan qablaşdırmada satılması və ya nu cür qablaşdırma ilə təmin edilməsini tələb edən qaunvericiliyin tətbiq edilməsi də daxil idi. Bu məsələ haqqında qəbul edilmiş əsas tənzimləyici aktlar aşağıdakılardır:
  • Tütün qablaşdırılması haqqında Akt 2011
  • Tütün qablaşdırılması haqqında Qaydalar 2011
  • Əmtəə nişanlarına düzəlişlər haqqında (Tütün qablaşdırılması) Akt 2011

 

Qanunvericiliyin məqsədləri aşağıdakılar idi:

  • İnsanları tütün məhsullarının istifadəsindən və siqaret çəkməyə başlamaqdan/yenidən başlamaqdan çəkindirməklə, əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi
  • Avstraliyanın Ümumdünya Səhiyyə Təşkilatının Tütün Nəzarəti Çərçivə Konvensiyası üzrə öhdəliklərinin qüvvəyə minməsi

 

Birinci məqsədə tütün məhsulları paketlərinin üzərində olan sağlamlıqla bağlı xəbərdarlıqların effektivliyinin artırılması, tütün məhsullarının zərərli təsirləri barədə istehlakçıların yanılmasına səbəb olan qablaşdırmanın qarşısının alınması və bununla da, tütün məhsullarının istehlakçılar üzərində təsirinin azaldılması ilə nail olmaq olmuşdur. Həmin Akt və Qaydalar aşağıdakı tələbləri qoymuşdur: 

  • Tütün məhsullarının pərakəndə qablaşdırmasında heç bir dekorativ çıxıntı, qabarıq yazı, təsvir və ya digər qanunvericiliyə uyğun olmayan forma və ya görüntü olmamalıdır
  • Siqaret paketi və ya qutusu sərt və yalnız kağız kartondan hazırlanmış olmalıdır
  • Siqaret paketinin bütün kənarları sərt, düzgün olmalı və dairəvi, əyilmiş və ya başqa cür forma verilmiş və ya bəzədilmiş olmamalıdır 
  • Siqaret paketi tutqun (mat) rəngdə olmalı və ya tutqun tünd qəhvəyi rəngdə olmalıdır
  • Tütün məhsullarının pərakəndə qablaşdırmasının heç bir yerində hər hansı əmtəə nişanı və ya etiket öz əksini tapa bilməz
  • Brend, biznes və məhsulun adı standart rəngdə, hissədə, ölçüdə və stildə çap olunmalıdır
  • Qrafik sağlamlıq xəbərdarlıqları tütün paketinin ön tərəfinin 75%-ni və arxa tərəfinin 90%-ni tutmalıdır.

 

ÜTT-nin çağırışı və qərar 

5 ölkə şikayət etmişdir (Honduras, Dominikan Respublikası, Kuba,  Ukrayna və İndoneziya). Onlar Avstraliyanın tütün qablaşdırılması qanunvericiliyinin ÜTT-nin Ticarətdə Texniki Maneələr (TBT Sazişi) və Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri (TRIPS) üzrə Sazişlərindən aşağıdakı bəndlər üzrə kənara çıxdığını iddia edirdilər:

  • Əhalinin sağlamlığını qorumaq üçün “ticarətə lazım olandan daha çox məhdudiyyət qoymaq” 
  • Əsasən ticarət nişanları ilə bağlı olan, əqli mülkiyyətin qorunması qaydalarını pozmaq

 

Panel, şikayətçi ölkələrin bütün iddialarını geri qaytardı və Avstraliyanın tütün qablaşdırılmasına dair tələblərinin ÜTT qaydalarına uyğun olması ilə bağlı qərar verdi:

TBT (Ticarətdə texniki maneələr) Sazişinə uyğunsuzluqla bağlı iddialar haqqında

Panel hesab etmişdir ki, tütün istehsalının və tütün tüstüsünə məruz qalmanın azaldılmasının məqsədi əhalinin sağlamlığının qorunmasının legitim məqsədlə uzlaşır və sadə qablaşdırma bu məqsədə nail olmaq üçün əhəmiyyətli rol oynayıb. Panel, həmçinin bu tədbirlərin ticarəti məhdudlaşdırmasını da qəbul etdi; baxmayaraq ki, bu tədbirlər sağlamlıq risklərinin ciddiliyini nəzərə almaqla, onlarla mübarizəyə başlamaq üçün uyğun idi. Panel belə qərara gəldi ki,  bu mövzuda əhalinin isağlamlığının eyni səviyyədə qorunmasını təmin etmək üçün ticarəti daha az məhdudlaşdıran heç bir alternativ yoxdur.  Öz qərarını dəstəkləmək üçün Panel bir neçə dəfə Ümumünya Səhiyyə Təşkilatının Tütün Nəzarəti üzrə Çərçivə Konvensiyasına istinad etdi.

Əqli mülkiyyət hüququnun pozulması ilə bağlı iddialar haqqında

Panel, şikayətçilərin TRİPS Sazişinin bir çox müddəalarının pozulmasına dair iddialarını rədd etdi. Əqli mülkiyyətlə bağlı suallara cavab axtarılarkən, Paneldə qeyd olundu ki, TRİPS Sazişinin şərhi Doha Bəyannaməsini nəzərə almaqla, əhalinin isağlamlığına və digər sosial maraqlara üstünlük verməlidir.

 
Bu mübahisə haqqında ətraflı məlumatı, panel qərarının tam mətni daxil olmaqla, ÜTT-nin internet səhifəsindən əldə edə bilərsiniz.