ÜTT-də mübahisələrin həlli

Əsaslar 

Etibarlı qaydalara əsaslanan hər hansı bir sistem səmərəli və effektiv Mübahisələrin Həlli Mexanizmi (MHM) olmadan mövcud ola bilməz. Öz növbəsində, səmərəli və effektiv Mübahisələrin Həlli Mexanizmi də çoxtərəfli ticarət sisteminin təhlükəsizliyini və müəyyənliyini təmin edir.


GATT mübahisələrinin həllində olan ciddi çatışmazlıqlar nəzərə alınmaqla, Uruqvay Raundu danışıqları ərzində bir çox ölkələr sonda Mübahisələrin Həlli Anlaşmasına qədər gedib çıxacaq geniş əhatəli dəyişikliklər edilməsində israr etdilər. Mövcud olduğu cəmi 20 il ərzində, ÜTT-nin MHM ən güclü qlobal mübahisələrin həlli mexanizminə çevrilmişdir. 


MHM üzvlər arasında ortaya çıxan mübahisələrin effektiv şəkildə həll edilməsi üçün təsis edilmişdir. Bağlanan sazişlərlə əlaqəli olan hər hansı mübahisə ÜTT-nin MHM vasitəsilə həll edilməlidir. Mübahisənin həllində təktərəfli fəaliyyət ÜTT-nin prinsipləri ilə ziddiyyət təşkil edir. 

 

Avropa İttifaqı Koreyaya qarşı başlatdığı mübahisənin həlli dövründə öz gəmiqayırma sənayesini qorumaq üçün subsidiyalar ayırmağa qərar vermişdi. Koreya isə ÜTT-nin MHM-dən əvvəl Avropa İttifaqının ÜTT tərəfindən icazə verilməyən təktərəfli fəaliyyətinə dair iddia irəli sürməklə şikayət etdi. Paneldə qərara alındı ki:
“[Mübahisələrin Həlli Anlaşmasının 23.1-ci maddəsi] ÜTT üzvləri üzərində ÜTT sazişləri üzrə olan öhdəliklərdən yayınmanın bərpa edilməsi zamanı onların təktərəfli hərəkət edə bilməməsi ilə bağlı ümumi tələb qoyur. 
Paneldə Avropa İcmalarının Koreya tərəfindən Subsidiya və Kompensasiya Tədbirləri Sazişi üzrə olan öhdəliklərdən yayınması hesab edilən hərəkətinə cavab olaraq ağır tədbirlər görməsi və bununla da, İcmaların Koreyanın ÜTT-yə zidd olduğu iddia edilən subsidiyaları dayandırmağa məcbur etməyə çalışması aşkar edilmişdi. Buna uyğun olaraq panel bu nəticəyə gəlmişdir ki, Avropa İcmaları 23.1-ci maddənin tələblərinə zidd hərəkət etmişdir.”

 Avropa İttifaqı - Kommersiya təyinatlı gəmilərlə ticarətə təsir edən vasitələr 

 

ÜTT-nin MHM-nin əsas hədəfləri aşağıdakılardır:

  • Əldə olunan sazişlər üzrə uyğunluğun təmin edilməsi
  • Sazişlər üzrə Üzvlərin hüquq və öhdəliklərinin qorunması
  • Əhatə olunan Sazişlərin mövcud müddəalarının aydınlaşdırılması
  • Mübahisələrin müsbət şəkildə həllinin və ziddiyyətli tədbirlərdən geri çəkilmənin təmin edilməsi

 

Mübahisələrin həlli zamanı əsas üstünlük verilən nəticə tərəflərin qarşılıqlı olaraq qəbul etdiyi həll yoludur. Belə ki, tərəflər mübahisənin hər hansı mərhələsində sərbəst olaraq danışıqlar apara və mübahisənin həlli üçün bir nəticəyə gələ bilərlər. 

 

ÜTT-də Mübahisələrin idarə olunması üzrə əsas orqan Mübahisələrin Həlli Orqanıdır (MHO). MHO əslində Ümumi Şura rolunu oynayır. O, bütün ÜTT üzvlərindən ibarətdir. MHO:

  • Məsləhətləşmələr keçirir
  • Panellər qurur
  • Apellyasiya Orqanı Üzvlərinin təyinatını təsdiq edir
  • Panelləri və Apellyasiya Orqanının hesabatlarını qəbul edir
  • İcra fəaliyyəti üzrə müşahidə aparır
  • Cavabdehlik tədbirlərini təsdiqləyir

 

MHM panel və Apellyasiya Orqanının hesabatlarını mənfi konsesus qaydası üzrə qəbul edir. Bu o deməkdir ki, hesabat yalnız Mübahisələrin Həlli Orqanının hər bir üzvünün onun əleyhinə səs vermədiyi halda qəbul edilir.


Əhatə dairəsi

ÜTT-nin Mübahisələrin Həlli Mexanizmi dünya ticarət axını, əhalinin sağlamlığı, təhlükəsizlik tədbirləri və üzvlərin istifadə etdiyi texniki standartlar, ətraf mühit və s. üzərində mühüm təsiri olan məsələlər haqqında qərarlar qəbul edir. Aşağıdakı cədvəldə bəzi vacib işlər öz əksini tapmışdır:

 

 

2018-ci ilin avqust ayı üçün barəsində araşdırma aparılan bir neçə vacib əhəmiyyətə malik iş var. Onlardan biri də tütün istehsalçısı olan bəzi ölkələr tərəfindən Avstraliyaya qarşı irəli sürülən Düz Tütün Bağlaması mübahisəsidir. Mübahisələndirilən tədbir, əhalinin sağlamlığı sahəsində Dünya Səhiyyə Təşkilatının mövqeyi ilə üst-üstə düşən müəyyən əsaslar çərçivəsində qəbul edilmişdir. Daha ətraflı
 

Yoxlama aparılan digər vacib mübahisə isə Rusiya tərəfindən Azərbaycana ixrac olunan mallar da daxil olmaqla, Ukrayna məhsullarına qoyulan tranzit qadağasıdır. Rusiya bu tədbiri milli təhlükəsizlik məsələləri ilə əsaslandırır. Panel bu məsələ barəsində araşdırma apararkən, bəzi ölkələr Körfəz ölkələri və ABŞ tərəfindən tətbiq edilən və milli təhlükəsizlik məsələləri ilə əsaslandırılan ayrı hallar əleyhinə də iş qaldırmışlar. 

 

Prosedurlar barədə qısa məlumat

Əsas prosessual mərhələlər aşağıdakı kimidir:

 

Məsləhətləşmələr ərzində tərəflər razılığa gələ bilmədikdə, şikayət edən ölkə panelin qurulmasını tələb edə bilər. Bu tarixdən sonra isə, yalnız şikayət edən ölkə effektiv şəkildə araşdırmanı dayandıra bilər.

 

Panel qurularkən onun tərkibi müəyyən edilməlidir.  Mübahisəni həll etmək üçün 3 ticarət eksperti seçilir. Tərəflərin hər ikisi razı olmadığı halda, panelistlər mübahisə tərəfi olan ölkələrdən seçilə bilməz. Onlar mübahisə tərəfləri və ya ÜTT Baş Direktoru tərəfindən seçilir. ÜTT Katibliyi panel üzvlərini dəstəkləyir. Panel araşdırmaları yazılı hissədən (materialların və suallara cavabların təqdim edilməsi) və şifahi hissədən (dinləmələr) ibarət olur. Araşdırmalar apellyasiya verilə bilən panel hesabatının dərc olunması isə yekunlaşır. 


Apellyasiya Orqanı (AO) ÜTT-nin MHM-də ikinci instansiyadır. O, 4 il müddətinə vəzifədə olan (daha 4 il uzadıla bilər) 7 üzvün fəaliyyət göstərdiyi daimi orqandır. Hər bir apellyasiya yoxlaması 3 AO üzvü tərəfindən həyata keçirilir. AO-nun apellyasiya prosesində dəstək üçün öz şəxsi katibliyi var. AO panel qərarlarını qüvvədə saxlaya, düzəliş edə və ya geri qaytara bilər. Apellyasiya proseduru da yazılı və şifahi hissələrdən ibarətdir. AO hesabat dərc edir.  

 

Hesabat(lar)ın verilməsindən sonra onlar qəbul edilmək üçün MHO-nun təqviminə daxil edilir. Qəbul edilməməsi ehtimalı olsa da, bu çox nadir hallarda baş vermişdir. 

 

Qərar qəbul edildikdən sonra tətbiq mərhələsi başlayır. Uduzan ölkə məqbul müddət ərzində qərarı icra etməlidir. İcra prosesi bir neçə yolla aparıla bilər, məsələn ziddiyyətli tədbir ləğv edilə bilər, yaxud ziddiyyəti aradan qaldırmaq üçün qərara düzəliş edilə bilər. Bununla belə, bu halda mübahisədə qalib gələn ölkə düzəliş edilən tədbirin uyğunluğuna etiraz edə və onun yoxlanması üçün yenidən panelin qurulmasını tələb edə bilər.  

 

Uduzan ölkənin düzəliş edilən tədbirləri qəbul etməməsi və ya düzəliş edilən tədbirlərin üzvün ÜTT öhdəlikləri ilə ziddiyətinin davam etməsi halında şikayət edən üzv MHO-dan əks tədbirlər tətbiqinə icazə verməsini tələb edə bilər. Əks tədbirlər yalnız uduzan tərəfin ÜTT-yə zidd davranışını dayandırmasına qədər tətbiq edilə bilər. Əks tədbirlərin qəbul edilməsi ilə yekunlaşan bəzi mübahisələrə misal olaraq, Xarici Satış Korporasiyasını (uduzan tərəf ABŞ), Braziliya və Kanada arasındakı mülki aviasiya məsələsini və banan işini (uduzan tərəf Aİ) göstərmək olar. 

 

Bəzi vacib faktlar və rəqəmlər

 

 

ÜTT-nin MHM ilə bağlı əlavə məlumatlar: