ÜTT Sazişləri

ÜTT qaydalara əsaslanan bir sistemdir. Onun ticarət qaydaları üzv dövlətlərin danışıqlar apardığı sazişlərdən ibarətdir. 1986-1994-cü illər Uruqvay raundunun danışıqları vahid ÜTT Sazişi paketinin qəbul edilməsi ilə yekunlaşdı. 1994-cü ildə Mərakeşdə ÜTT üzvləri tərəfindən imzalanan “Çoxtərəfli Ticarət Danışıqlarının Uruqvay Raundunun Nəticələrini Təcəssüm etdirən Yekun Akt”a bütün razılaşdırılmış hüquqi mətnlər daxildir. 

 

Sazişlərə əlavə olaraq, Yekun Akt həm də sazişlərin bəzilərinin müəyyən müddəalarını daha da aydınlaşdıran anlaşmaların, protokolların, Nazirlər Konfransının Qərarlarının və bəyannamələrin mətnlərini əhatə edir. Yekun Akt təxminən 550 səhifədən ibarət idi! O vaxtdan bu günə qədər, bəzi sazişlər qüvvədən düşüb, bəzilərinə dəyişikliklər edilib və bir yeni saziş isə əlavə edilib.
 

ÜTT Sazişləri ticarətlə əlaqəli geniş sahələri əhatə edir və ticarətin liberallaşdırılması prinsiplərini və bu prinsiplərdən istisnaları müəyyən edir. Tariflərin və ticarətə digər maneələrinin azaldılması, xidmət sahələrinin xarici rəqabətə açılması, əqli mülkiyyətin yüksək səviyyədə qorunmasının təmin edilməsi kimi ölkələrin fərdi öhdəlikləri bu sazişlərdə əks olunub. Bu sazişlər ticarət mübahisələrin həll edilməsi üçün prosedurlar təyin edir, az inkişaf etmiş ölkələr üçün xüsusi rejimlər müəyyən edir və üzv ölkələrdən onların üzərinə dərc etmə və bildiriş öhdəlikləri qoymaqla şəffaflığı təmin edir. 


ÜTT-nin təsis edilməsini və onun bir qurum kimi funksiyalarını, əsas prinsiplərini, qərar verici orqanlarını və strukturunu müəyyən edən bir çətir sazişi mövcuddur. Bu saziş Mərakeş Sazişi və ya ÜTT Sazişi kimi tanınır. Digər ÜTT sazişləri ona əlavələr kimi qəbul edilib:

 

 

Mallarla ticarət, xidmətlərlə ticarət və ticarətlə əlaqəli əqli mülkiyyət hüququnu əhatə edən 3 əsas saziş mövcuddur:

 

 

2018-ci il iyun tarixinə əmtəələrlə ticarət üzrə 12 ixtisaslaşdırılmış saziş mövcuddur:

 

 

İlkin ÜTT Sazişinin bir hissəsi olan "Tekstil məhsulları və geyimlər üzrə" Saziş 2005-ci ildən etibarən qüvvədə deyil. Ticarətin asanlaşdırılması üzrə Saziş imzalanmış ilk çoxtərəfli saziş olmaqla, ən gənc ÜTT Sazişidir və Uruqvay Raundunun yekunlaşmasından sonra qüvvəyə minmişdir. 


Plüralitet sazişlər bütün ÜTT üzvlərinin deyil, onların yalnız bir hissəsinin könüllü olaraq qoşulduğu və qoşulmağa davam etdiyi sazişlərdir. Hazırda qüvvədə olan 3 plüralitet saziş mövcuddur:

 

 

Dövlət Satınalmaları və İnformasiya Texnologiyaları üzrə Sazişlərdə 2010-cu ildən sonra əhəmiyyətli dərəcədə dəyişikliklər edilib.