ÜTT ticarət danışıqları üçün forum qismində

Baxmayaraq ki, Uruqvay Raundunun sənədlər toplusu ticarətin bir çox sahələrini əhatə edir və beynəlxalq ticarətin genişmiyaslı liberallaşdırılmasına gətirib çıxarmışdır, yenə də bütün məsələlər tam razılaşdırılmamışdır. Müxtəlif sahələrdə qaydalar üzrə danışıqların davam etdirilməsi və mallar, xidmətlər və əqli mülkiyyət üzrə ticarətin gələcək liberallaşdırılması üçün imkanlar yenə də mövcuddur. Həyat tərzinin inkişafı və yenilənməsi, yeni minilliyin çətinlikləri, həmçinin, müxtəlif sahələrdə yeniliklər üçün çağırışlar edir. Buna görə də, ÜTT-nin yaranma tarixindən bugündək çoxtərəfli ticarət danışıqları heç vaxt dayanmayıb və çox güman ki, gələcəkdə də dayanmayacaq.

 

Sona çatmış danışıqlar

Son illər ərzində əldə olunan bir sıra əhəmiyyətli nailiyyətlər haqqında aşağıda məlumatlar veriləcək.

 

Xidmətlərlə Ticarət üzrə Baş Sazişə Əlavələr 

Xidmətlərlə Ticarət üzrə Baş Sazişlə (GATS) nəzərdə tutulan xidmətlərə dair danışıqlarda xüsusi xidmət növləri və xidmət təchizatçıları üzrə əlavə bazara çıxış öhdəliklərinə dair razılaşmalar əldə olunmuşdur. Beləliklə, fiziki şəxslərin hərəkətinə dair danışıqlar 1995-ci ildə sona çatmışdır. 1997-ci ildə maliyyə xidmətləri və əsas telekommunikasiya xidmətləri kimi iki mühüm xidmət sahəsi üzrə danışıqlar sona çatdırılmışdır. Hər 3 qərar GATS-ın əlavələri kimi qəbul edilmişdir.

 

İnformasiya Texnologiyaları üzrə Sazişi (İTA)

Saziş 1996-cı ildə Sinqapur Nazirlər Konfransında texnoloji məhsullara tarif yığımlarının aradan qaldırılması məqsədilə bağlanmışdır. İTA öz üzvlərindən Sazişə daxil olan bütün mallara tətbiq edilən gömrük rüsumlarının sıfıra (0)  endirilməsini tələb edir. Uruqvay Raundunun bitməsindən sonra ÜTT-də bu ilk və ən əhəmiyyətli tarif liberallaşdırılmasıdır.

 

Hazırda, ilkin İTA Sazişinə qoşulan iştriakçıların sayı İnformasiya Texnologiyaları məhsulları üzrə dünya ticarətinin 97 faizini əhatə edən 82 dövlətə çatıb. Bu saziş sayəsində texnologiya məhsulları ilə ticarət bu günə olan qlobal mal ixracının təxminən 10%-ni təşkil edir. İTA kompyuterlər, proqramlar, həmçinin, bunların hissə və elementləri kimi çox sayda yüksək texnologiya məhsullarını və onların hissələrini əhatə edir.

 

2015-ci ildə 50-dən çox üzvün iştirakı ilə İTA-nın əhatə dairəsinin genişləndirilməsinə dair razılıq əldə olunmuşdur. Bundan sonra, Saziş 201 əlavə məhsulu əhatə etmiş, beləliklə də, dəyəri 1.3 trilyon ABŞ dollarından yuxarı ticarət əhatə olunmuşdur.

 

Yenilənmiş Dövlət Satınalmaları üzrə Sazişi

Dövlət Satınalmaları üzrə Saziş (GPA) 47 ÜTT üzvünü əhatə edən 19 tərəfdaşdan ibarət olan Sazişdir. Saziş üzrə danışıqların yenidən aparılma prosesi 1996-cı ildə başlamış və 2011-ci ildə sona çatmışdır, nəticədə əldə olunan sazişin yeni mətni isə 2014-cü ildə qüvvəyə minmişdir. Yenidən baxılmış mətndə köhnə saziş yenilənmiş və strukturu dəyişdirilərək, şəffaflığın əhəmiyyətinə və korrupsiyaya yol verilməməsinə xüsusi diqqət yetirilmiş, həmçinin, ədalələtllik, uyğun prosedur və dövlət satınalmalarında bərabər yanaşmaya daha aydın şəkildə qabardılmışdır. ÜDM illik təxminən 1.7 trilyon ABŞ dolları məbləğində hesablanan satınalma bazarına çıxış təqdim edir. Avstraliya, Çin və Rusiya kimi dövlətlərin gözlənilən üzvolması ilə bu həcm əhəmiyyətli dərəcədə artmalıdır.

 

Əqli Mülkiyyət Hüquqlarının Ticarət Aspektlərinə dair Sazişə (TRİPS) Əlavə

2017-ci ilin əvvəllərində, TRİPS Sazişinin ictimai səhiyyə üzrə Əlavəsi ÜTT üzvlərinin üçdə ikisi tərəfindən Əlavə haqqında Protokolun ratifikasiya edilməsindən sonra qüvvəyə mindi. Əlavəyə uyğun olaraq, dərman vasitələrini istehsal edə bilməyən yoxsul ölkələrə daha ucuz ümumi dərmanların idxalı üçün məcburi lisenziyaların verilməsi prosesi yüngülləşdirilir. Düzəliş üzvlərin əhalinin sağlamlığını müdafiə etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməsinə Sazişin maneə yaratmaması üçün qəbul edilmişdir.

 

Ticarətin Asanlaşdırılması Sazişi

Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ÜTT-nin yaradılmasından bu günədək imzalanan ilk və yeganə çoxtərəfli sazişdir. Sazişin mahiyyəti gömrük, ixrac və idxal proseslərinin sadələşdirilməsi və uyğunlaşdırılmasından ibarətdir. Sazişin məqsədi “bürokratizm və süründürməçiliyin” azaldılması və ticarətin hamı üçün asanlaşdırılmasıdır. Tədqiqatlara əsasən, sazişin tam icrası ticarət xərclərini təxminən 14.3%-dək azaldacaq və qlobal ticarəti ildə 1 trilyon ABŞ dollarına qədər artacaq.

 

TFA əvvəlki sazişlərdə müşahidə olunmayan xüsusiyyətlərə və struktura malikdir. Saziş üzv dövlətlərin inkişaf səviyyəsinə və inkişaf ehtiyaclarına uyğun olaraq formalaşdırılan öhdəliklərin fərqli kateqoriyalarını dəstəkləyir. Ticarətin Asanlaşdırılması Sazişi üzrə Alət (TFAF) inkişaf etməkdə olan və az inkişaf etmiş dövlətlərin potensialının artırılması, bu dövlətlərin tam olaraq TFA-dan yararlanmasını təmin etmək məqsədilə yaradılmışdır.

 

(Mənbə: Ticarətin Asanlaşdırılması Saziş üzrə Vasitə)

 

Bu Saziş üzrə daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı şəkilə daxil olun və TFA-nın təfərrüatlı izahına həsr edilmiş internet səhifəsinə keçin:

 

 

Davam edən danışıqlar

Doha Raundu

Doha Raundu ticarət qaydalarının yenilənməsi və ticarətə maneələrin azaldılmasına nail olmaq məqsədilə aparılan danışıqların son raundudur. Raundun başlıca məqsədi inkişaf etməkdə olan dövlətlərin ticarət perspektivlərinin yaxşılaşdırılmasıdır. Elə bu səbəbdən də, Doha İnkişaf Raundu adlandırmışdır (DDA).

 

Raund Doha şəhərində 2001-ci ildə keçirilən 4-cü Nazirlər Konfransında Doha Nazirlər Bəyənnaməsi ilə açılmışdır. Bəyənnamədə danışıqlara ehtiyacı olan geniş məqsədlər və sahələr müəyyənləşdirilmişdir. O vaxtdan danışıqlarda mərhələlərlə irəliləyiş əldə olunur, belə ki, indiki məqamadək əldə olunan nailiyyətləri təmin edən aralıq razılaşmalar vasitəsilə mərhələlər arasındakı fərq azalır. Doha Raundu danışıqlarının uğurla başa çatması üçün danışıqlara cəlb olunan hər bir şəxs inandırılmalıdır (konsensus qaydası) və danışıqlar masasında olan hər bir məsələ razılaşdırılmalıdır (Birdəfəlik qəbul/“Single Undertaking”).

 

Raundda müzakirəyə çıxarılan inkişaf etməkdə olan dövlətlərin icra ilə əlaqəli problemləri ilə yanaşı, Raundun İş Proqramı 20 vacib mövzu üzrə danışıqları əhatə edir. Bu mövzular, digərlərlə yanaşı, aşağıdakılardı: 

 

 

Bu geniş sahələrin bəzilərində aparılan danışıqların əsas məqsədləri aşağıdakı kimi ümumiləşdirilə bilər:  

 

Mübahisələrin Həlli Anlaşmasının Aydınlaşdırılması və Təkmilləşdirilməsi

ÜTT-nin mübahisələrin həlli mexanizmi dünya ticarət sisteminə təhlükəsizlik və müəyyənlik təqdim etdiyi üçün, həmçinin, ticarət mübahisələrinin tez həllini asanlaşdırdığı üçün böyük uğur idi. Lakin mübahisələrin həlli mexanizminin təcrübədə problemlər və anlaşılmazlıqlar yaradan bir sıra müddəalarının təkmiləşdirilməsinə və dəqiqləşdirilməsinə ehtiyac var idi. ÜTT-nin Mübahisələrin Həlli Anlaşmasına baxılmağa ÜTT-nin yaradılma tarixindən başlamışdır. 2001-ci ildə bu məsələ Doha Raund danışıqları siyahısına daxil olundu. Lakin bu Doha İnkişaf Gündəliyinin (DDA) birdəfəlik qəbul (Single Undertaking) hissəsinə daxil deyil və həmçinin, DDA-də başa çatdırılması nəzərdə tutulan mövzularından biri deyil. Danışıqlara daxil olan əsas məsələlər aşağıdakılardır: 

 

 

 

 

Ətraf mühit malları üzrə Sazişə dair aparılan danışıqlar

Ətraf Mühit Malları üzrə Sazişə (EGA) dair plüralitet danışıqlar, külək turbinları və günəş panelləri kimi bir sıra ətraf mühitlə əlaqəli əsas məhsullara tariflərin ləğv edilməsi məqsədilə 2014-cü ildə başlanmışdır. Tariflərin aradan qaldırılması xərcləri  azaldaraq
və ətraf mühitə uyğun məhsulların istifadəsini təşviq edərək, iqlim dəyişikliklərinə qarşı mübarizəyə müəyyən töhfə verəcək. Bu, eyni zamanda, təmiz, səmərəli enerjinin istifadəsini, karbon tullantılarının və çirklənmənin azaldılmasını təşviq etməklə yeni ticarət imkanlarının üstünlüklərini meydana çıxaracaq. Aİ-ni bir dövlət kimi nəzərə alsaq, 2018-ci ilin iyun ayına bu sahə üzrə danışıq aparan tərəflərin sayı 18-dir. İnformasiya Texnologiyaları Sazişi ilə olduğu kimi, EGA üzrə də razılaşma əldə olunduğu təqdirdə, bu sazişin üstünlükləri bütün ÜTT üzvlərinə aid olacaqdır. 

 

Balıqçılıq subsidiyaları üzrə danışıqlar

Balıqçılıq subsidiyaları üzrə danışıqlar 2001-ci ildən başlayaraq Doha Gündəliyin bir hissəsidir. Hədsiz balıq ovunun qiymətli balıq növlərinin tükənməsinə və azalmasına gətirib çıxarması hədsiz balıqçılığa şərait yaradan subsidiyalaşdırmaya dair xüsusi narahatlıqlar yaratməşdır. Daha da çox zərərin qarşısının alınması məqsədilə, subsidiyaların ləğv edilməsi və ya balıqçılıq subsidiyaları üçün xüsusi qaydaların müəyyən olunması ilə bağlı təkliflər irəli sürülmüşdür. Mövzuya yanaşmalar fərqlidir, buna görə də, razılmaşma əldə etmək çətindir. Buna baxmayaraq, Buenos Ayresdə, 11-ci Nazirlər Konfransında nazirlər balıqçılığa dair razılaşma məqsədilə aparılan danışıqların 2019-cu ildə keçiriləcək Nazirlər Konfransında bitirilməsi üzrə fəaliyyət proqramını təsdiqləmişlər.

 

Kənd təsərrüfatı danışıqları

Kənd təsərrüfatı malları ilə ticarətdə islahatların həyata keçirilməsi məqsədilə danışıqlar 2000-ci ildə ÜTT-nin Kənd Təsərrüfatı üzrə ilkin Sazişin mandatı əsasında başlanmışdır. 2015-ci ildə Nayrobi Nazirlər Konfransında ÜTT üzvləri tərəfindən ixrac subsidiyalarının ləğvi ilə bağlı razılaşma əldə edilmişdir. Bu razılaşmaya əsasən, ixrac subsidiyaları inkişaf etmiş dövlətlər tərəfindən dərhal ləğv edilməli, inkişaf etməkdə olan dövlətlər isə bu qərarın icrası üçün daha uzun müddətə malikdirlər. İnkişaf etməkdə olan dövlətlər tərəfindən ərzaq təhlükəsizliyi məqsədilə ictimai səhmdar proqramlarından istifadə məsələsini daimi əsaslarla həll etmək üçün danışıqlar davam edir. İnkişaf etməkdə olan dövlətlərə, idxal sıçrayışları və ya qiymət düşmələri baş verəndə, kənd təsərrüfatı mallarına tarifləri müvəqqəti olaraq qaldırmağa icazə verən xüsusi mühafizə mexanizmi də danışıqların bir hissəsidir. Bundan əlavə, kənd təsərrüfatı məhsullarına tarif  kvotalarının tətbiqi, daxili dəstəyin hədləri, kənd yerlərinin inkişafı və xalis ərzaq (netto-ərzaq) idxal edən dövlətlərin xüsusi problemlərinə dair danışıqlar hazırda davam edir.

 

Xidmətlərlə Ticarət Sazişi üzrə danışıqlar

Dünyanın xidmətlərlə ticarətinin 70%-ni əhatə edən 50 ÜTT üzvü Xidmətlərlə Ticarət üzrə Sazişi (TiSA) üzrə danışıqlar aparırlar. TiSA ÜTT-nin Xidmətlərlə Ticarət üzrə Baş Sazişinin əsasında qurulub və məqsədi xidmətlər sahəsinin daha da liberallaşdırlmasıdır. Danışıqlar lisenziyalaşdırma, telekommunikasiyalar, maliyyə xidmətləri, texnologiya xidmətləri, elektron ticarət, logistika və nəqliyyat, fiziki şəxslərin müvəqqəti hərəkəti kimi bütün xidmət sahələrini əhatə edir. Danışıqlar rəsmi olaraq 2013-cü ildə başlamış və hələ də davam edir. Baxmayaraq ki, bu Saziş üzrə danışıqlar ÜTT-də aparılmır, danışıqları aparan bütün dövlətlər ÜTT üzvü olduğundan bu sənəd qeyd olunmalıdır.