Üzvlük və üzvolmalar
Üzvlük və üzvolmalar: rəqəmlər
2018-ci il iyul ayına ÜTT-nin 164 üzvü vardır. Ən son təşkilata qoşulan dövlət Əfqanıstandır (iyul 2016-cı il). Beynəlxalq ticarətin 97%-i ÜTT üzvlərinin payına düşür.
Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür. Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan təşkilata ilk olaraq üzv olmuşlar. Ukrayna 2008-ci ildə üzv olub, Rusiya 2012-ci ildə, Tacikistan 2013-cü ildə və Qazaxıstan isə 2015-ci ildə üzv olmuşdur.
Hazırda 22 dövlət üzvlük prosesindədir, onların adları aşağıdakı xəritədə sarı rənglə qeyd olunmuşdur. İran hələ ki, ÜTT-nin üzvü olmayan ən iri iqtisadiyyatı olan ölkədir. Bir sıra dövlətlər, o cümlədən, Komoros və Bosniya və Herseqovina ilə aparılan danışıqların 2018-ci ildə sona çatdırılması gözlənilir. Bir sıra dövlətlər, o cümlədən, Belarus aktiv şəkildə danışıqlar aparır. Yalnız Şimali Koreya və Türkmənistan da daxil olmaqla, bir neçə dövlət ÜTT üzvlüyü üçün müraciət etməmişlər.
(Mənbə: www.wto.org. Üzvlük səhifəsinə daxil olmaq üçün şəkilin üzərinə klikləyin)
Üzvolma prosesi aşağıdakı qrafikdə göstərilən ardıcıllıqdan ibarətdir:
(Mənbə: www.wto.org)
Çoxtərəfli, plüralitet və ikitərəfli proses üzvolma danışıqlarının ən çox vaxt aparan hissəsidir. Adətən, bu prosesin bitməsi bir neçə il təşkil edir. Çoxtərəfli danışıqlar İşçi Qrupun üzvləri ilə Cenevrədə aparılır və sual-cavablar daxil olmaqla, çoxdəfəli görüşləri və məlumat mübadiləsini nəzərdə tutur. İkitərəfli danışıqlar prosesi qarşı-qarşıya aparılan görüşləri və hər bir maraqlı üzv ilə mübadiləni tələb edir. Prosesin son hissəsində mallar və xidmətlər üzrə cədvəllərin layihələrinin hazırlanması prosesinə Katiblik də qoşulur.
İşçi Qrupun hesabat layihəsi və mallar və xidmətlər üzrə cədvəllərin layihələri hazır olan kimi, bunların təsdiqləmə prosesi başlayır. Bu andan üzvolmanın qüvvəyə minməsinədək, adətən, bir neçə ay çəkir. İki əsas mərhələ, sənədlər zərfinin üzvlər tərəfindən təsdiqlənməsi və üzv olan dövlətin hökuməti tərəfindən qəbul edilməsidir.
Prosesin təfərrüatları ÜTT-yə Üzvlük üzrə Kitabçada əks olunub.
Dövlətlər niyə üzv olur?
İqtisadiyyatlarının çox iri, iri, orta və ya kiçik, ölçülərinin iri, orta və ya kiçik olmasından, iqtisadi və ya siyasi modellərindən asılı olmayaraq, fərqli qitələrdə yerləşən 36 dövlət, ÜTT-yə qoşulmağın bütövlükdə onların maraqlarına (təkcə iqtisadi maraqları deyil) daha yaxşı xidmət edəcəyi barəsində razılaşırlar.
Dövlətlər ÜTT-yə üzv olmaq istəyirlər. Lakin hələ ki, heç bir dövlət ÜTT-ni tərk etmək üçün ciddi bir addım atmamışdır.
Ölkələr ÜTT-yə üzvlükdən nə gözləyirlər?
Üzv olmaqda maraqlı olan dövlətlər tərəfindən aşağıdakı səbəblərin siyahısı qeyd olunmuşdur:
- Struktur islahatlar daxil olmaqla, iqtisadi islahatların həyata keçirilməsi
- Mərkəzi planlaşdırma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid
- İqtisadiyyatın dar əmtəə çeşidindən asılılığının azaldılması istiqamətində diversifikasiyası
- Müstəqillik əldə olunduqdan sonra dövlət quruculuğu prosesi
- Münaqişədən sonra bərpa
- Regional inteqrasiya təşəbbüsü istiqamətində irəliləyiş
Ölkələr üzvlükdən nə əldə edir?
Empirik olaraq, üzv olan dövlətlərin ÜTT-yə qoşulmaqla əldə etdikləri bir neçə nəticə mövcuddur:
İqtisadi göstəricilərin yaxşılaşdırılması və ticarətdə artım
ÜTT təşkilata üzv olan dövlətlərin iqtisadi göstəricilərini təhlil edib və belə bir nəticəyə gəlib ki:
Aşağıdakı məlumatlar yuxarıdakı bəyanatı təsdiq edir:
(Mənbə: www.wto.org, sənəd WTO/ACC/28)
Hətta Çin nəzərə alınmadığı halda belə, 2009-cu və 2015-ci illər istisna olmaqla, ÜTT-yə üzv olan qalan dövlətlər digər dünya ölkələri ilə müqayisədə, daha yaxşı göstəricilərə malik olmuşlar. Aşağıdakı qrafikdə 1995 və 2016-cı illər arasında üzvlük statusu əsasında dünya ticarətinin nominal dəyərlərlə inkişafı göstərilir:
(Mənbə: www.wto.org, sənəd WTO/ACC/31 - WT/GC/189 - WT/MIN(17)/6)
Çinin nəzərə alınmasından asılı olmayaraq, ÜTT-yə üzv dövlətlər (qrafikdə (Çin istisna olmaqla) “XII Maddə üzvləri kimi” istinad olunur) öz ticarətlərini digər dünya dövlətlərindən daha tez artırmışlar. İxracın artımına gəldikdə isə, aşağıdakı misal üzvolmanın müsbət təsirini əks edir:
İqtisadiyyatın struktur dəyişikliyi
ÜTT-yə üzv olan ölkələrin öhdəliklərinin dərinliyi və genişliyi elə səviyyədədir ki, üzvolma prosesində olan ölkələrin iqtisadiyyatının dəyişikliyi qaçılmazdı. Struktur dəyişikliklər, digərlərlə yanaşı, aşağıdakıları nəzərdə tutur:
- İqtisadi diversifikasiya
- Artan rəqabət
- Özəl sektorun inkişafı
- İşgüzar mühitin yaxşılaşdırılması
- İdarəetmə və/və ya bazar-əsaslı inkişaf
ÜTT-yə üzvlük, ümumilikdə, belə islahatların və beləliklə də, struktur dəyişikliklərin təkanverici qüvvəsi kimi görünür:
ÜTT Sazişləri üzrə öhdəliklər, o cümlədən, üzvolma prosesində götürülən öhdəliklər yerinə yetirilərkən, daxili tənzimləyici və iqtisadi islahatlar möhkəmləndirilir. Bununla, ÜTT öhdəliklərinin xarakteri, xüsusilə də, milli məhkəmələr və ÜTT Mübahisələrin Həlli Mexanizmi vasitəsilə icra oluna bilinməsi belə geriyə addımların qarşısınl almağa kömək edir.
Bundan başqa, üzvlərin Ticarət Siyasətinə Baxışların nəticələri, həmçinin, ÜTT-də baxılan mübahisələrin məhdud sayı onu göstərir ki, üzvolma prosesində aparılan struktur dəyişiklikləri üzvolmadan sonrakı mərhələdə də saxlanılır və ya daha da dərinləşir.
İqtisadiyyatın diversifikasiyası
ÜTT tərəfindən aparılmış təhlildə təşkilata qoşulmuş hər bir dövlət üzrə üzvolma zamanı ümumi ixracın 60%-dən çoxunu təşkil edən HS (uyğunlaşdırılmış tarif cədvəli) bölmələrin sayı nəzərdən keçirilmiş və bunların 2014 və 2015-ci illər üzrə HS bölmələrin sayı ilə müqayisəsi aparılmışdı. Aparılan təhlil göstərmişdir ki, bu dövrdə üzv dövlətlərin HS bölmələrinin sayı orta hesabla 4-dən 6-dək artırmışdır.
İndividual səviyyədə, Latviya və Litva kimi dövlətlər HS bölmələrin sayını iki dəfədən çox və ya iki dəfəyə yaxın artırmışdır. Xammal bazalı dövlətləri nəzərdən keçirərkən, təxminən 50% hallarda, HS bölmələrin sayı bu dövr ərzində artmışdır. Digər hallar üzrə heç bir dəyişiklik müşahidə olunmur və ya göstəricilər mövcud deyildir.
Nəticədə etibarilə, empirik məlumatlar göstərir ki, ÜTT-yə üzvlük bir çox hallarda ixracın difersifikasiyasına yardım edir.
Artan rəqabət
Mallara tətbiq olunan idxal tariflərinin azaldılması/ləğv edilməsi və ya xidmətlərin həyata keçirilməsi üçün maneələrin aradan qaldırılması vasitəsilə ticarətin liberalaşdırılması ÜTT-yə üzvolma üzrə aparılan danışıqların əsasını təşkil edir. Üzvlük prosesində rəqabətin artması qaçılmazdır, bu şərtlə ki, üzvlük üçün müraciət edən dövlət liberal rejimə malik olmamamış olsun. Bundan əlavə, ÜTT-yə üzv olmaq üçün dövlətlər tərəfindən götürməli olduqları öhdəliklərin sayı zaman getdikcə artmışdır.
Belə artan rəqabət müsbət təsirləri də ola bilər. Ən əsas təsir yerli mal və xidmət istehsalçılarından öz rəqabət qabiliyyətlərini artırmaq məqsədilə aktiv işləmələrinin tələb olunmasıdır. Rəqabətin mənfi təsiri ondan ibarətdir ki, yuxarıda qeyd olunan baş vermədiyi təqdirdə, yerli istehsalçılar istehsal həcmini azaltmalı və ya ümumiyyətlə, istehsalı dayandırmalı olacaqlar. Yalnız hər bir sahənin dərin təhlili və düzgün dərk edilməsi nəticəsində bazarın açılmasının “qalibləri” və “uduzanları” müəyyən edilə və iqtisadiyyatın sahələrinin rəqabətqabiliyyətinin artırılması məqsədilə tədbirlər görülə bilər.
İşgüzar mühitin gücləndirilməsi
İşgüzar mühit və tənzimləyici mühit sıx əlaqədədirlər. Tənzimləyici mühitə dəyişikliklərin daxil edilməsini tələb etməklə ÜTT-yə üzvlük iki səbəbdən işgüzar mühitə iki səbəbdən müsbət təsir edir:
ÜTT-yə əsasən (WTO/ACC/31 - WT/GC/189 - WT/MIN(17)/6), üzvolma işgüzar mühitin gücləndirilməsinə aşağıdakılar vasitəsilə yardım edir:
- Şəffaflığın təkmilləşdirilməsi: Öhdəliklər daxili qaydalara yerli biznesin çıxışını genişləndirir
- Daxili hüquqi çərçivənin aydınlaşdırılması: Öhdəliklər, biznesin fəaliyyət göstərdiyi hüquqi çərçivəni aydınlaşdırmaqla biznes üçün hüquqi müəyyənlik yaradır
- Qaydaların icrası, tribunalların yaradılması və qərəzsizlik: Öhdəliklər, böyük ehtimalla, yerli biznesə tətbiq ediləcək və ya onlara təsir edəcək qaydaların icrasına dair vəzifələr yaradacaq və belə icranın qərəzsiz tribunallar və yerli tənzimləyicilər tərəfindən həyata keçirilməsinə təminat verəcək
- Daxili iqtisadi iştirakçıların müəyyən edilməsi və məsuliyyəti: Öhdəliklər bir sıra əsas iqtisadi iştirakçıların (məs. dövlət ticarət müəssisələri və dövlətə məxsus müəssisələr) və ya hökumətin bir sıra xidmətlər üzrə güvəndiyi iştirakçıları müəyyənləşdirir və belə qurumların vəzifələrini və tələb olunan davranışını aydınlaşdırır
- Ticarəti məhdudlaşdıran qaydaların minimallaşdarılması: Öhdəliklər yerli biznesin ticarət fəaliyyətinə maneə törədə biləcək müəyyən qaydaların minimallaşdırılmasına şərait yaradır
- Özəl sektorun qanunvericilik prosesinə cəlb olunması: Öhdəliklər daxili iştirakçılara imkan verir ki, onların biznesinə təsir göstərə biləcək qanunlara dair qanunvericilik prosesində iştirak etsinlər
- Bərabər biznes imkanları: Bəzi öhdəliklər müəyyən iqtisadi fəaliyyət növlərinin göstərilməsi üçün mövcud olan meyarların liberallaşdırılmasını təşviq edir
ÜTT-yə üzvlüyün üzv ölkələrin daxili biznes mühiti ilə müsbət əlaqəsi, həmçinin, “Doing Business” hesabatlarının Ön Cərgəyədək Məsafənin hesablanması bölməsində əks olunmuşdur. 2004-2014-cü illərin məlumatlarına istinadən, hesablanma metodologiyasına 10 indikator daxil edilmişdir. Burada biznesin başlanılması, kreditlərin əldə olunması və ya beynəlxalq ticarət indikatorlarından bəlli olur ki, üzvolma prosesi zamanı və ya üzv olduqdan sonra Ukrayna və Rusiyanın reytinqlərində əhəmiyyətli sıçrayış baş vermişdir (müvafiq olaraq 27% və 21%). O cümlədən, Tacikistanda da inkişaf əhəmiyyətli olmuşdur (10%).
Ticarət Siyasətinin İcmallarından çıxarışlarda bir sıra əsas ölkələrin ÜTT-yə üzv olma nəticəsində hiss olunan dərəcədə baş vermiş dəyişikliklərə münasibəti əks olunur:
İdarəetmənin inkişafı və/və ya bazara əsaslanan inkişaf
- İştirakçılığa və şəffaflığa əsaslanan alətlər mövcud və operativ olmalıdır: məsələn, texniki tənzimləmə layihələri ictimaiyyətə açıq olmalı və maraqlı tərəflərə həmin texniki tənzimləmə layihələrinə dair rəy bildirmək şəraiti yaradılmalıdır
- Səlahiyyətli qurumlar öz fəaliyyətlərini faktlar üzərində qurmalıdırlar: məsələn, sanitar-fitosanitar sahədə hər-hansı bir tədbirin tətbiqi üçün elmi dəlillər tələb olunmalıdır.
- Səlahiyyətli qurumlar qərəzsiz olmalıdırlar: məsələn, ticarətin qorunması üzrə araşdırmalar zamanı qərarlar müəyyən edilərkən səlahiyyətli qurumlar hər hansı bir tərəfin maraqlarına qarşı qərəzsiz olmalıdırlar; hər hansı bir istisna tətbiq olunduqda, məsələn, insan, heyvan və ya bitkilərin sağlamlığının qorunması ilə əlaqədar, səlahiyyətli qurumlar nə yerli və xarici tərəflər, nə də ki, xarici tərəflər arasında ayrıseçkilik etməməlidirlər.
- Səlahiyyətli qurumların fəaliyyəti hesabatlılıq əsasında qurulmalı və müstəqil inzibati orqanlar və/və ya məhkəmə orqanları tərəfindən yoxlanılabilən olmalıdır: bu, ÜTT Sazişlərinin əsas tələblərindəndir.
- Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya İndeksi və Ümumdünya Ədliyyə Layihəsinin Qanunun Aliliyi İndeksi arasında əlaqə açıq şəkildə göstərir ki, yuxarıda sadalanan prinsiplərə daha ciddi və səmərəli riayət edən ölkələrdə korrupsiya səviyyəsi aşağıdır.
Qeyd: ÜTT-yə üzvlük bütün üzv ölkələr tərəfindən üzv olan ölkəni mütləq qaydada və avtomatik olaraq bazar iqtisadiyyatı kimi qəbul edəcəkləri anlamını daşımır. Misal üçün, Çin və Vyetnam razılaşmalı olublar ki, üzv olandan sonra müəyyən müddət ərzində onlar ticarətin qorunması üzrə araşdırmalar kontekstində “qeyri-bazar iqtisadiyyatı” kimi qəbul oluna bilərlər. Bunun nəticəsi olaraq, araşdırmalar “bazar iqtisadiyyatlı” ölkələrdən olan ixracatçılarla müqayisədə fərqli aparılır. Bu kimi fərqli yanaşma onların ixracatçıları münasibətində daha sərt tələblərin tətbiq olunmasına səbəb olmuşdu. Üzvolma Protokolunda bu cür məsələlər yer almayan Gürcüstan və ya Ermənistan kimi digər ölkələr də hal-hazıradək qeyd olunan araşdırmalar zamanı “qeyri-bazar iqtisadiyyatı” ölkələri kimi qəbul edilirlər. Aİ və ABŞ kimi bu cür davranan ölkələr səbəb kimi təkcə üzvolma faktının üzv olan ölkənin səmərəli "bazar iqtisadiyyatı"nın olmasını müəyyənləşdirməyə kifayət etmir. Ölkələrin faktiki yeritdiyi iqtisadi siyasət onun “Bazar iqtisadiyyatı” statusuna malik olub-olmamasını nümayiş edir. Bu, hüquq nöqteyi-nəzərindən mübahisəli məsələdir. Cari antidempinq araşdırmalarında Aİ və ABŞ tərəfindən Çinə tətbiq olunan münasibət bu məsələyə aydınlıq gətirməlidir. |
Üzvolma danışıqları və öhdəliklər barədə məlumat
Üzvolma tamamlandıqda, üzvolma zamanı ərsəyə gəlmiş sənədlərin məxfiliyi aradan qaldırılır. Həmin sənədlər ÜTT-nin rəsmi internet səhifəsində dərc olunur. Xüsusilə, ölkə tərəfindən qəbul edilmiş öhdəliklər həmin ölkənin ÜTT-yə üzv olma Protokolunda, İşçi Qrupunun Hesabatında və Öhdəliklər cədvəllərində əks olunur. Üzvolma Protokolu və İşçi Qrupunun Hesabatı minlərlə səhifədən ibarət olur. Axtarışı asanlaşdırmaq üçün Üzvolma Öhdəlikləri üzrə Məlumat Bazası yaradılmış və həmin bazaya daxil olmaqla üzv olan ölkələrin qəbul etdiyi öhdəliklərlə daha ətraflı tanış olmaq olar: acdb.wto.org
Müvafiq sənədlər, məlumat və mənbələr
Məlumat
Mənbələr
- ÜTT-yə üzv olan ölkələrin əsas üzvolma sənədləri
- ÜTT-yə üzvolma haqqında kitabça
- ÜTT-yə üzvolma bülleteni
- ÜTT-yə Üzvolma Öhdəliklərinin Məlumat Bazası
- Qanunvericiliyin Təkmilləşdirilməsi Planlarının Reyestri
- ÜTT-nin Baş Katibi tərəfindən hazırlanan ÜTT-yə üzvolma haqqında İllik Hesabat – ÜTT Sazişinin XII Maddəsi üzrə ÜTT-yə üzv olmuş ölkələrin Ticarət və İqtisadi Fəaliyyəti
- Ticarət Siyasətinin İcmalı Hesabatı