"Bakı Elektron Ticarət Forumu - 2019" tədbiri keçirilmişdir.

"InnoWeek - İnnovasiyalar Həftəsi" çərçivəsində 21-22- oktybar tarixlərində "Bakı Elektron Ticarət Forumu - 2019" təşkil edilmişdir.

Tədbirin ilk günündə yerli və xarici spikerlər tərəfindən elektron ticarətlə bağlı bir çox mövzularda sessiyalar keçirilmiş, dövlət və özəl qurumların iştirakı ilə maraqlı müzakirələr aparılmışdır.

Tədbirin növbəti günündə Bakı Biznes Mərkəzində Biznes modelləri, Kibertəhlükəsizlik və məlumatların mühafizəsi, Bazar davranışı və tendensiyaları mövzularında master klass təşkil edilmişdir.

İlk dəfə 2018-ci ildə təşkil edilən Bakı Elektron Ticarət Forumu ilin ən maraqlı tədbirlərindən hesab olunmaqla elektron ticarət sahəsinin inkişafı üzrə ən qabaqcıl ideyaların mübadiləsi üçün gözəl imkandır.

Foto