Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində Cenevrədə ikitərəfli məsləhətləşmələr keçirilmişdir.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması çərçivəsində Cenevrədə ikitərəfli məsləhətləşmələr keçirilmişdir.

 

24-28 iyun 2019-cu il tarixlərində Cenevrədə Cairns qrupuna üzv olan bəzi dövlətlər (Avstraliya, Braziliya, Kanada, Malayziya, Pakistan, Tayland), həmçinin ABŞ ilə kənd təsərrüfatında daxili dəstək məsələləri üzrə ikitərəfli məsləhətləşmələr, Cənubi Koreya və Tayland ilə mallar üzrə ikitərəfli məsləhətləşmələr aparılmışdır.

 

Cairns qrupunun sədri kimi çıxış edən Avstraliyanın nümayəndəsi Azərbaycanda kənd təsərrüfatının vəziyyətinə dair təqdim etdiyi məlumatlara görə minnətdarlığını bildirmiş və kənd təsərrüfatına dəstək səviyyəsi ilə bağlı bir çox tövsiyələr vermişdir. Ümumilikdə, görüş zamanı Azərbaycan tərəfindən bir çox məsələlər, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ əraziləri azad olunduqdan sonra orada kənd təsərrüfatının inkişafı üçün əlavə məbləğdən (xüsusilə, yalnız bu ərazilər üçün nəzərdə tutulan) istifadə hüququnu əldə etmək məsələsinin müzakirəsi təklif olunmuşdur. Qeyd olunan məsələlərlə bağlı Üzvlərdən rəy və mümkün alternativ çıxış yollarının müzakirəsi istənilmişdir. Görüşlər keçirilən dövlətlər tərəfindən, ümumilikdə, Azərbaycanın üzv olarkən, kənd təsərrüfatında daxili dəstək imkanlarının əldə edilməsini dəstəklədiklərini qeyd edilmişdir.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ÜTT Katibliyinin ekspertləri arasında kənd təsərrüfatında daxili dəstək, alternativlər, mümkün dəyişikliklər, maliyyə xidmətləri ilə bağlı məsləhətləşmələr aparılmışdır. Azərbaycanın ÜTT-yə üzvolması üzrə İşçi Qrupun sədri, Səfir Valter Verner bir daha qeyd etmişdir ki, Üzvlər azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləyir. Buna görə də hazırda ikitərəfli danışıqların aktivləşməsi və mümkün qədər çox dövlətlə danışıqların yekunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Səfir Verner Azərbaycanın hazırda hazırlıq prosesinə dair suallar vermiş, növbəti addımlara dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda ÜTT-nin Üzvolmalar departamentinin rəhbəri Maika Oşikava Azərbaycana üzvlük prosesində Katiblik tərəfindən zəruri yardımın göstərilməsini qeyd etmişdir.  

 

Cenevrədəki görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyəti ÜTT Katibliyində mütəmadi olaraq keçirilən Kənd təsərrüfatı Komitəsinin iclasında və 27 iyun tarixində “Ticarətin Qlobal Aqro-Qida Sistemində Rolu” mövzusunda təşkil olunmuş Simpoziumda iştirak etmişdir. Simpoziumun əsas məqsədi İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə kənd təsərrüfatı və ticarət siyasətinin qlobal çərçivədə kənd təsərrüfatı və yeyinti sektoruna təsiri, burna verə biləcəkləri töhfə, müsbət və mənfi təsirləri müzakirə etməkdən ibarət olmuşdur.