Ticarət müdafiə vasitələri ilə bağlı potensialın artırılması tədbirləri genişləndirilir

Ticarət müdafiə vasitələri ilə bağlı potensialın artırılması tədbirləri genişləndirilir

13 və 15 oktyabr 2021-ci il tarixlərində potensialın artırılması ilə bağlı ilə tədbir təşkil edilmişdir.

 

İlk tədbir dempinqin müəyyən edilməsinə həsr edilmişdir. İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müvafiq işçiləri üçün 6 saat davam edən interaktiv təlimdə dempinqin mövcudluğunun müəyyən edilməsi və dempinq marjasının hesablanması detallı şəkildə müzakirə edilmişdir. Bu tədbir, iştirakçıların dempinq marjasını hesablamaları lazım olan çalışmaya əsaslanan növbəti bir seansla tamamlanacaqdır. Həmçinin, dempinqin hesablanması üçün proqram təminatı da təqdim ediləcəkdir.

 

İkinci tədbir isə özəl sektor nümayəndələri üçün ticarət müdafiə vasitələri mövzusunda seminar şəklində təşkil edilmişdir. Tədbirdə özəl sektor nümayəndələri ilə yanaşı, yuxarıda adları çəkilən dövlət orqanlarının rəsmiləri də iştirak etmişdirlər. Tədbir ADA Universitetində keçirilmişdir. İctimaiyyətin maarifləndirilməsini artırmaq üçün bir sıra iştirakçılar onlayn olaraq tədbirə qatılmışdır. Bu tədbirin materiallarına aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

 

https://drive.google.com/drive/folders/1WY5AFVnvDCc2apSB9LgY8LnWoBpDyUqJ?usp=sharing

Foto
Yaradılıb 27 Okt 2021
Dərc edilib 15 Mar 2025
Yenilənib 27 Okt 2021