Aİ və Yeni Zelandiya ikitərəfli azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırır
30 iyun 2022-ci ildə Aİ və Yeni Zelandiya 4 illik müzakirələrdən sonra ikitərəfli ticarət sazişi üzrə danışıqları yekunlaşdırdı.
Cari ticarət əlaqələri
Sözügedən ikitərəfli azad ticarət sazişi qüvvəyə minənə qədər Aİ və Yeni Zelandiya arasında ticarət əlaqələri ÜTT qaydaları ilə tənzimlənməyə davam edəcək. Belə ki, mallar üzrə ticarətin həcmi 2021-ci ildə 8 milyard avroya, xidmətlər üzrə isə 2020-ci ildə 3,7 milyard avroya çatmışdır. Bu rəqəmlərə baxmayaraq, Aİ Yeni Zelandiyanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli investisiya qoyuluşları 13 milyard avronu keçmişdir.
Sazişin ümumi faydalarının qiymətləndirilməsi
Bu saziş sayəsində ikitərəfli ticarətin 30%-ə qədər artacağı, Aİ-nin illik ixracının isə potensial olaraq 4,5 milyard avroya qədər artması gözlənilir. Aİ-nin Yeni Zelandiyaya investisiyası isə 80%-ə qədər böyümə potensialına malikdir. Saziş müraciətin ilk ilindən etibarən Aİ şirkətləri üçün rüsumları ildə təxminən 140 milyon avro azalda bilər.
Sazişin əsas məqamları
• Saziş qüvvəyə mindiyi zaman Aİ-dən Yeni Zelandiyaya ixrac edilən bütün sənaye malları üçün rüsumlar ləğv ediləcək. Saziş, həmçinin Aİ-yə ixrac edilən Yeni Zelandiya mallarının əksəriyyətinə Aİ rüsumlarını ləğv edəcək və ya əhəmiyyətli dərəcədə azaldacaqdır.
• Saziş ticarətin müdafiəsi tədbirlərinin tətbiqinə icazə verir və Aİ və Yeni Zelandiyaya güzəştli idxalın əhəmiyyətli dərəcədə artmasının onların yerli sənayelərinə ciddi ziyan vurduğu və ya vurmaq təhlükəsi ilə üzləşdiyi halda müvəqqəti tədbirlər görməyə imkan verən ikitərəfli müdafiə mexanizmini də əhatə edir.
• Saziş Aİ şirkətlərinin Yeni Zelandiyaya xidmət göstərməsini asanlaşdıracaq və həm xidmətlər, həm də istehsal sektorlarına sərmayə qoymaq üçün imkanlar yaradacaq. O, Aİ xidmət təchizatçıları və onların Yeni Zelandiyadakı rəqibləri arasında bərabər mühit təmin edəcək.
• Aİ və Yeni Zelandiya qarşılıqlı olaraq öz satınalmalar bazarını artıq ÜTT-nin Dövlət Satınalmaları Sazişində (GPA) əhatə ediləndən də geniş formada liberallaşdıracaqdır.
Kənd təsərrüfatı məhsulları ticarətinə yaxından nəzər salaq
Sazişin qüvvəyə minməsindən sonra donuz əti, şərab və şokolad kimi əsas məhsulların Aİ-dən idxalına gömrük rüsumları ləğv ediləcək. Yeni Zelandiyada çoxlu sayda Aİ coğrafi göstəriciləri qorunacaq. Aİ bazarının Yeni Zelandiya məhsullarına, məsələn, mal əti, qoyun əti və süd məhsullarına açılmasına tarif dərəcəsi kvotaları (TRQ) vasitəsilə "nəzarət ediləcək".
Müqavilədə nə yenilik var?
İlk dəfə olaraq Aİ-nin hər hansı bir ticarət sazişində xüsusi dayanıqlı qida sistemləri bölməsi, xüsusi ticarət və gender bərabərliyi müddəası və ticarət və mineral yanacaq subsidiyaları islahatı ilə bağlı xüsusi müddəa var. Saziş həmçinin qüvvəyə minən kimi “yaşıl” mal və xidmətləri liberallaşdıracaq.
Bu sazişlə bağlı daha ətraflı məlumat üçün aşağıda qeyd olunan Avropa Komissiyasının internet portalına baxa bilərsiniz: https://policy.trade.ec.europa.eu/eu-trade-relationships-country-and-region/countries-and-regions/new-zealand/eu-new-zealand-agreement_en