Cenevrə danışıqları və ÜTT-nin Azərbaycan üzrə İşçi qrupunun 13-cü iclası: 20-22 iyul 2016-cı il

Cenevrə danışıqları və ÜTT-nin Azərbaycan üzrə İşçi qrupunun 13-cü iclası:  20-22 iyul 2016-cı il

 

20-22 iyul 2016-cı il tarixlərində Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı ilə ikitərəfli görüşlər keçirilmiş, mallar üzrə və xidmətlərdə uyğunlaşdırılması istənilən əsas sektorlar üzrə müzakirələr aparılmışdır. Eyni tarixlərdə Qazaxıstanla ikitərəfli məsləhətləşmələr aparılmışdır.

 

21 iyulda kənd təsərrüfati üzrə çoxtərəfli görüş keçirilmişdir.

 

Azərbaycan tərəfindən istənilən ÜTT-də inkişaf etməkdə olan ölkə statusunun verdiyi güzəştlər:

  1. “De minimis” (il ərzində kənd təsərrüfatına göstərilən daxili dəstəyin kənd təsərrüfatı istehsalının illik ümumi həcmində xüsusi payı) – 10%;
  2. Hər il birdəfəlik məbləğ həcmində verilən yardım – 1 milyard ABŞ dolları;
  3. Dağlıq Qarabağ azad olunandan sonra kənd təsərrüfatı təyinatlı torpaqların bərpası üçün müəyyən müddət əlavə məbləğin istifadə hüququnun əldə olunması;
  4. ÜTT-nin Kənd Təsərrüfatı Sazişinin 6.2-ci maddəsindən (investisiya subsidiyaları) istifadə hüququ.

 

Bununla bağlı Kanada, ABŞ, Braziliya, Avstraliya, Argentina, Ukrayna və Rusiya Federasiyası rəy bildirmişlər.  

 

22 iyulda Azərbaycan üzrə İşçi Qrupun 13-cü iclası keçirilmişdir.

 

Müzakirə edilən və Azərbaycan tərəfindən götürülməsi zəruri olan öhdəliklər:

  • ixrac qadağalarının ləğv olunması;
  • ixrac rüsumları siyahısının və dərəcələrinin olduğu kimi saxlanılması;
  • diskriminativ xarakterli vergi azadolmalarının üzv olarkən ləğv edilməsi;
  • akzislərin uyğunlaşdırılması;
  • göstərilən xidmətlərə görə alınan xərclərin uyğunlaşdırılması;
  • ixrac subsidiyalarının tətbiq edilməməsinə dair öhdəlik götürülməsi;
  • rəqabət ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi (müvafiq qanunvericiliyin qəbul olunması);
  • sanitar və fitosanitar tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırmasının təmin olunması (müvafiq qanunvericiliyin qəbul olunması);
  • texniki tənzimləmə ilə bağlı işlərin inkişaf etməsi (müvafiq qanunvericiliyin qəbul olunması).

 

Sualların bir qismi Azərbaycan Danışıqlar Qrupun üzvləri tərəfindən cavablandırılmışdır. İclasın sonunda üzv dövlətlər tərəfindən sualların mümkün qədər tez Azərbaycan tərəfinə təqdim olunmasına dair qərar qəbul olunmuşdur.

Yaradılıb 01 İyun 2018
Dərc edilib 15 Mar 2025
Yenilənib 11 Okt 2018