İqtisadiyyat Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirilən elmi məqalə müsabiqəsi sona çatır.

İqtisadiyyat Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirilən elmi məqalə müsabiqəsi sona çatır.

Müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzuda olmalıdır:

 

“Dünya ticarət sistemi və Azərbaycan: mövcud vəziyyət və inkişaf perspektivləri”.

 

Müsabiqədə hazırda orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim ediləcək məqalələr 6 səhifədən az olmamalı (A4, Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan və ingilis dillərinin birində təqdim edilməlidir.

 

Məqalələr 2019-cu ilin 30 aprel tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə elmar.haciyev@economy.gov.az ünvanına təqdim edilməlidir.

 

Təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2019-cu il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.

 

Müsabiqə ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyindən almaq olar (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84 (Hökumət Evi), 10-cu mərtəbə, 1029-cu otaq, tel: 012 310-28-00 (daxili 21-84) əlaqələndirici şəxs Elmar Hacıyev).

 

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil olun:

 

https://economy.gov.az/article/i-qtisadiyyat-nazirliyi-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-96-ci-ildonumu-ile-elaqedar-musabiqe-elan-edir/30084

 

Yaradılıb 30 Apr 2019
Dərc edilib 14 Mar 2025
Yenilənib 30 Apr 2019