ÜTT Üzvləri beş regional ticarət sazişini nəzərdən keçirib
ÜTT üzvləri Regional Ticarət Sazişləri Komitəsinin sentyabrın 22-də keçirilən iclasında beş regional ticarət sazişini (RTS) nəzərdən keçiriblər. Komitənin sədri, Koreya Respublikasının səfiri Taeho Li iclasda üzvləri RTS-lərin faktiki təqdimatları üçün vacib məlumat və şərhləri təqdim etmək məqsədilə səyləri artırmağa və Komitənin işinin ÜTT islahatlarının bir hissəsi kimi necə təkmilləşdirilə biləcəyini nəzərdən keçirməyə dəvət etmişdir.
Yuxarıda adıçəkilən RTS-lər aşağıdakılardır:
Komitə 2013-cü il sentyabrın 1-də qüvvəyə minmiş Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərlə Sinqapur arasında Azad Ticarət Sazişinin xidmətlər ticarəti aspektinə baxıb. Sazişin mallarla ticarət aspekti Ticarət və İnkişaf Komitəsi tərəfindən nəzərdən keçiriləcəkdir.
İsveçrə ilə Böyük Britaniya arasında Ticarət Sazişi 2021-ci il yanvarın 1-də qüvvəyə minib. O, əsasən Aİ-İsveçrə sazişləri çərçivəsində mal ticarətində münasibətləri tənzimləyən hüquqi sənədləri təkrarlayır.
Böyük Britaniya və Tunis arasında Assosiasiya Sazişi də 2021-ci il yanvarın 1-də qüvvəyə minib. Saziş Aİ-Tunis Assosiasiya Sazişi çərçivəsində tərəflər arasında verilən tarif üstünlüklərini saxlayır.
Böyük Britaniya və Koreya Respublikası arasında Azad Ticarət Sazişi 2021-ci il yanvarın 1-də qüvvəyə minib. Sazişə əsasən, tərəflər Aİ-Koreya sazişi çərçivəsində danışıqların aparıldığı tariflərin ləğvi üzrə icrasını davam etdiriblər.
Nəhayət, Komitə Koreya Respublikası ilə Mərkəzi Amerika Respublikaları arasında Azad Ticarət Sazişinə baxmışdır. Saziş Honduras, Nikaraqua və Koreya üçün 1 oktyabr 2019-cu il, Koreya və Kosta-Rika üçün 1 noyabr 2019-cu il, Koreya və Panama üçün 1 mart 2021-ci il tarixində qüvvəyə minmişdir.
Ətraflı məlumat üçün bura klikləyin.