Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində üzv dövlətlərlə mallar və xidmətlər üzrə danışıqlar keçirilmişdir
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində üzv dövlətlərlə mallar və xidmətlər üzrə danışıqların, həmçinin ÜTT Katibliyinin ekspertləri ilə bir sıra mövzular üzrə texniki məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan nümayəndə heyəti 18-22 dekabr 2023-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdə olmuşdur.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə xidmətlər, Şri-Lanka ilə mallar, Rusiya Federasiyası ilə mallar və xidmətlər üzrə danışıqlar keçirilmiş, ÜTT Katibliyinin ekspertləri ilə İnvestisiya fəaliyyətinin asanlaşdırılması Sazişi, Balıqçılıq subsidiyaları Sazişi, Xidmətlərin daxili tənzimlənməsi üzrə Birgə Təşəbbüs, Dövlət Ticarət Müəssisələrinin notifikasiyası üzrə müzakirələr aparılmışdır. Bundan əlavə, ÜTT-nin Baş Direktorunun müavini cənab Dzjanq ilə görüş keçirilmiş, müzakirələr aparılmışdır.