Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Nqozi Okonyo-İvealanın Azərbaycana səfəri baş tutub

2024-cü ilin 6 iyun tarixində ÜTT-nin baş direktoru xanım Nqozi Okonyo-İvealanın Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirilmiş, iclasda Azərbaycanın ÜTT-yə üzvlük prosesi, həmçinin təşkilata üzvlüyün Azərbaycan iqtisadiyyatı üçün potensial faydaları və riskləri müzakirə edilmişdir. Həmçinin səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüş keçirilmiş və Azərbaycanın üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclasının təşkili və digər məsələlər müzakirə edilmişdir.

Foto
Yaradılıb 03 Fev 2025
Dərc edilib 14 Mar 2025
Yenilənib 03 Fev 2025