Məhsulların Təhlükəsizliyi üzrə Aİ-nin Uyğunlaşdırılmış Qanunvericilik Sisteminin Azərbaycanın dövlət qurumları üçün təqdimatı keçirilmişdir

Azərbaycanın keyfiyyət infrastruktur sistemində aparılan islahatlara dəstək məqsədilə Aİ eksperti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşlarına məhsulların təhlükəsizliyi üzrə Aİ sistemini təqdim edib. Təqdimatda Aİ-də texniki reqlamentlərin və uyğunlaşdırılmış standartların işlənib hazırlanması, eləcə də uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və bazara nəzarət aspektləri əhatə edilmişdir.

 

Bu tədbir Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi tərəfindən göstərilən yardım çərçivəsində “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına dəstək məqsədilə ÜTT tələblərinə uyğun olaraq proqramlaşdırılmışdır. Onlayn seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və AZSTAND-dan 10 nəfərin iştirakı təmin edilmişdir.

 

Təqdimatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar:

https://docs.google.com/presentation/d/1XRzKE9zamNn9NrYmkkFDZAJMKZxXJGYc/edit?usp=sharing&ouid=102270338528426763815&rtsd=true

 

Daxildə istifadə və potensialın artırılması məqsədilə tədbirin videoyazısı qeydə alınmışdır.

 

Layihənin qrup rəhbəri Marius Bordalba: “Ticarətdə Texniki Maneələr üzrə ÜTT Sazişi (TBT Sazişi) aldadıcı təcrübələrin qarşısını almaq, insan sağlamlığını və ya təhlükəsizliyini, heyvan və ya bitki həyatını və ya sağlamlığını və ya ətraf mühiti qorumaq üçün Üzvlərin tənzimləmə ilə bağlı suveren hüququnu tanıyır. 2020-ci ildə Üzvlər həmin Sazişə əsaslanan tədbirlərin görülməsi ilə bağlı 3000-dən çox bildiriş təqdim ediblər. Buna baxmayaraq, məhsul tələbləri çox vaxt beynəlxalq ticarətə təsir göstərdiyi üçün Üzvlər bu hüququ həyata keçirərkən həmin Sazişdə müəyyən edilmiş əsas prinsiplərə əməl etməlidirlər. Buraya həm də beynəlxalq standartlara, təlimatlara və tövsiyələrə əsaslanan milli texniki reqlamentləri, standartları və uyğunluğun qiymətləndirilməsi prosedurlarını normal şəkildə hazırlamaq və ayrı-seçkiliyə yol verməmək öhdəliyi daxildir. Qeyd olunanlardan əlavə, şəffaflıq tələblərinə riayət edilməlidir. ”

 

 

Keyfiyyət infrastrukturu sahəsində Aİ tərəfindən maliyyələşdirilən əlavə yardım

Aİ tərəfindən maliyyələşdirilən layihə həmçinin aşağıdakıları dəstəkləyir:

• Nazirlər Kabinetinin 29 oktyabr 2021-ci il tarixli 323 nömrəli qərarı ilə yaradılmış Məlumat mərkəzinin fəaliyyətə başlaması;

• “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa dair broşüranın hazırlanması;

• Ticarətdə Texniki Maneələr üzrə ÜTT Sazişinə uyğunluq üçün milli keyfiyyət infrastruktur sistemində islahat prosesini öyrənmək məqsədilə ÜTT-yə son Üzv olan ölkələrdən birinə təlim səfərində Azərbaycan dövlət qurumlarının əməkdaşlarının iştirakı. 

 

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi Azərbaycan Hökumətinə standartlaşdırma ilə bağlı məsələlərdə dəstək verir.

Foto
Yaradılıb 01 Fev 2022
Dərc edilib 15 Mar 2025
Yenilənib 01 Fev 2022