Türkmənistanın ÜTT-yə üzvlüyü istiqamətində növbəti addım

ÜTT üzvləri bu gün Türkmənistanın təşkilata daxil olması üçün işçi qrupun yaradılması barədə razılığa gəliblər. Təxminən 6,2 milyon əhalisi olan Türkmənistan keçmiş sovet respublikaları arasında ÜTT-yə üzvlük üçün müraciət edən sonuncu ölkədir.

 

Səfir Atageldi Halcanov ölkəsinin ÜTT-yə üzv olmaq üçün müraciətini dəstəklədiklərinə görə üzvlərə təşəkkürünü bildirərək qeyd edib:"Türkmənistanın ÜTT-yə üzv olmaq qərarı ölkənin çoxtərəfli ticarət sisteminin qaydalarına riayət etmək məqsədini nümayiş etdirir”.

 

ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala Türkmənistanı ÜTT-yə üzv olmaq üçün Baş Şuranın işçi qrupunun yaradılması qərarı ilə bağlı təbrik edib. O qeyd edib:"Bugünkü qərar Türkmənistanın çoxtərəfli ticarət sistemi ilə əlaqələrində mühüm addımdır".

 

Məlumat üçün bildiririk ki, Baş direktor Nqozi Okonjo-İveala noyabrın 24-də Türkmənistanın Ümumdünya Ticarət Təşkilatının yaradılması haqqında Marrakesh Sazişinin XII maddəsinə əsasən ÜTT-yə üzv olmaq üçün rəsmi müraciətini qəbul edib.

Yaradılıb 23 Fev 2022
Dərc edilib 15 Mar 2025
Yenilənib 15 Mar 2025