ÜTT Katibliyində Azərbaycanın üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun sədrinin Azərbaycana səfəri başa çatmışdır

İşçi Qrupun sədri, Türkiyənin Ümumdünya Ticarət Təşkilatı yanında daimi nümayəndəsi səfir Alparslan Acarsoy 27-28 aprel tarixlərində Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilmiş və ÜTT Katibliyinin ekspertləri ilə birgə Azərbaycan ÜTT-yə üzvlük prosesinin mövcud vəziyyəti və yaxın gələcəkdə atılacaq addımlarla bağlı müzakirələr aparılmışdır.
Səfir Alparslan Acarsoy görüşlərdə Azərbaycanın üzvlüklə bağlı danışıqlarının uzun illər ərzində yaxşı inkişaf etdiyini, lakin İşçi Qrupun sonuncu iclasından sonra bu prosesin zəiflədiyini bildirmişdir. Həmçinin ÜTT üzvlərinin bu məsələyə marağının yüksək olaraq qaldığını, prosesi yenidən aktivləşdirmək və sürətləndirməyin Azərbaycanın üzərinə düşdüyünü qeyd etmişdir.
Görüşlərdə Azərbaycan tərəfi cari ilin iyul ayına İşçi Qrupun növbəti iclasının keçirilməsinə maraqlı olduğunu bildirmişdir.
Səfər barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə klikləyin.
https://www.wto.org/english/news_e/news23_e/acc_28apr23_e.htm