Ticarət Siyasəti layihəsi tələbələrin və gənc mütəxəssislərin beynəlxalq ticarət və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) haqqında məlumatlılığını artırır

18 fevral 2022-ci il tarixində, Ticarət Siyasəti və ÜTT haqqında ilk Yay Məktəbinin bir qrup iştirakçısı professor Peter Van den Bossche və Werner Zdouc tərəfindən yazılmış beynəlxalq ticarət hüququ üzrə aparıcı nəşrin nüsxələri ilə mükafatlandırılıblar.

 

Aİ tərəfindən maliyyələşdirilən "Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə əlaqəli digər tədbirlərlə bağlı Azərbaycan hökumətinin potensialının gücləndirilməsi"layihəsinin qrup rəhbəri Marius Bordalba: “Ticarət siyasəti və ÜTT haqqında yay məktəbinin iştirakçıları layihədə iştirak etməklə beynəlxalq ticarət, ÜTT qaunvericiliyi və təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildiriblər. Təqdim edilən kitablar beynəlxalq ticarət və ÜTT üzrə əla oxu materialıdır. Ümid edirik ki, əldə olunan biliklər onların gələcəkdəki tələbələrinə və ya işlədikləri təşkilatlara ötürüləcək”.

 

21 fevral 2022-ci il tarixində layihənin eksperti Alidə Mahmudova və qrup rəhbəri Marius Bordalba Azərbaycan Dövlət İqtisad Universitetinin 30-dan çox tələbəsi qarşısında beynəlxalq ticarət və ÜTT-də aktual mövzular üzrə 2 saatlıq təqdimatla çıxış ediblər. Təqdimatın əhatə etdiyi mövzular aşağıdakılardır:

• ÜTT və çoxtərəfli ticarət sisteminin faydaları

• ÜTT islahatları

• Yeni və keçmiş təcrübə ilə kəsişən məsələlər

• Azad ticarət sazişləri və gömrük ittifaqları

 

Xatırladaq ki, 2021-ci ilin iyun ayında sözügedən layihə ADA Universiteti ilə birlikdə 23 azərbaycanlı tələbə və gənc mütəxəssis üçün ticarət siyasəti və ÜTT mövzusunda bir həftəlik yay məktəbi təşkil edib.

Yaradılıb 10 May 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025