Özbəkistan ÜTT-yə üzvolma prosesini fəal şəkildə davam etdirir

21 iyun 2022-ci il tarixində Özbəkistanın ÜTT-yə üzv olması üzrə İşçi Qrupun (İQ) Cenevrədə iclası keçirilmişdir.

İQ-da ikitərəfli bazara giriş danışıqlarında dövlətin rolunu vurğulanmış və Özbəkistanın 35 üzvlə ikitərəfli danışıqlar apardığını bildirilmişdir. Həmçinin, ötən həftə Cenevrədə əlavə ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılmışdır.

 

Çoxtərəfli danışıqlar çərçivəsində isə İQ ÜTT Katibliyi tərəfindən hazırlanmış Qaldırılmış Məsələlərin Faktiki Xülasəsinin bütün bölmələrini, həmçinin dövlət satınalmalarına dair sorğu vərəqəsi və subsidiyalar haqqında bildiriş layihəsi kimi müəyyən əsas dəstəkləyici sənədləri nəzərdən keçirib. İQ həmçinin Özbəkistanın Kənd Təsərrüfatına Dəstək Cədvəllərini də nəzərdən keçirib.

 

İQ qanunvericilik sahəsində Özbəkistanın yenidən işlənmiş Qanunvericilik Fəaliyyət Planını və üzvlərə təqdim edilmiş 39 qanun layihəsini nəzərdən keçirmişdir.

 

Növbəti addımlar:

 

İkitərəfli danışıqlar çərçivəsində İQ-nin sədri Özbəkistanı mallar üzrə bazara çıxış təkliflərini və hazırda tətbiq olunan tarif dərəcələrini paylaşmağa dəvət edib.

 

Çoxtərəfli danışıqlarda isə üzvlər Özbəkistana suallar təqdim etmək niyyətindədirlər. Bundan əlavə, Özbəkistandan dövlət satınalmaları ilə bağlı hazırlanmış sorğu vərəqəsini və yenilənmiş Kənd Təsərrüfatına Dəstək Cədvəllərini təqdim etmək istənilib.

 

Nəhayət, Özbəkistana Qanunvericilik Fəaliyyət Planına yenidən baxılması və ÜTT ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin nüsxələrini layihə formasında, xüsusən də üzvlərin tələb etdiyi sahələr üzrə təqdim etmək təklif edilib.

 

Özbəkistanın baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri cənab Sardor Umurzakov deyib:

“...biz 2022-2026-cı illəri əhatə edən Özbəkistanın Yeni İnkişaf Strategiyasını qəbul etmişik. Maraqlıdır ki, bizim yeni Strategiyanın əsas prioritetlərindən biri Özbəkistanın ÜTT-yə üzv olmasıdır. …

… 2022-ci il üçün müfəssəl Yol Xəritəsi qəbul edilib ki, o da bir sıra İşçi Qrup görüşlərinin təşkilini və qırxdan çox Üzv Dövlət ilə müntəzəm ikitərəfli danışıqları əhatə edir. Biz üzvlüklə bağlı real addımlar atmaq istəyirik”. 

Foto
Yaradılıb 31 Avq 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025