Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqlarla bağlı müvafiq işlər həyata keçirilmişdir

2022-ci ilin 12-16 dekabr tarixlərində Azərbaycanın ÜTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqlarla bağlı müvafiq işlər həyata keçirilmişdir. Mallar üzrə danışıqlar İndoneziya, Honduras, Şri-Lanka və Tailand, xidmətlər üzrə danışıqlar isə Səudiyyə Ərəbistanı və Yaponiya ilə aparılmış və yeni təkliflər hazırlanaraq qarşı tərəfə təqdim olunmuşdur. Eyni zamanda, müvafiq səfər çərçivəsində ÜTT-nin ekspertləri ilə ticarətlə bağlı müxtəlif sahələr üzrə müzakirələr də aparılmışdır.

Yaradılıb 25 Apr 2023
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025