ÜTT tərəfindən “Dünya Tarif Profilləri”nin yeni nəşri dərc edilib

ÜTT 29 iyul 2022-ci il tarixində 170-dən çox ölkə və gömrük əraziləri tərəfindən tətbiq edilən tariflər və qeyri-tarif tədbirləri haqqında ətraflı məlumatı özündə əks etdirən “Dünya Tarif Profilləri”nin yeni nəşrini dərc edib. Yeni nəşr Beynəlxalq Ticarət Mərkəzi və Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı ilə birgə hazırlanmışdır.

 

Nəşrin əvvəlindəki xülasə cədvəllərində hər bir ölkənin digər ÜTT üzvlərindən olan idxala tətbiq edə biləcəyi orta “bound” və ya maksimum tariff dərəcəsi ilə praktikada tətbiq etdiyi orta tariflərin ölkələrarası müqayisəsi təqdim edilir. Məlumatlar "bütün məhsullar" kateqoriyası, eləcə də kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məhsulları üzrə təqdim olunur. İdxal və ixrac profilləri idxalın dəyəri, ixracın diversifikasiyası və müvafiq tarif məlumatları üzrə ölkələrarası müqayisələri təmin edir.

 

Hesabatın 2-ci hissəsindəki bir səhifəlik profillər məhsul qrupları üzrə bölünmüş tariflərlə hər bir ölkə üçün daha ətraflı məlumat təqdim edir. Hər bir profil həmçinin ölkənin əsas ticarət tərəfdaşlarını və bu bazarlar tərəfindən onların ixracına tətbiq edilən tarifləri göstərir.

 

Həmçinin, antidempinq, kompensasiya və mühafizə tədbirləri kimi qeyri-tarif tədbirləri üzrə statistik məlumatlar tariflər haqqında məlumatları tamamlayır.

 

Ətraflı məlumat üçün bura klikləyin.

Yaradılıb 04 Okt 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025