Əqli mülkiyyət
Dövlət siyasəti və tənzimləyici çərçivə
Azərbaycan Respublikasının Konstitusiyası əqli mülkiyyət hüququnu tanıyır və bütün şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına təminat verir. Konstitusiyanın normasını aydınlaşdırmaq və əqli mülkiyyət hüququnun qorunmasının hüquqi bazasını formalaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisi bir sıra qanunlar qəbul edib və bir çox beynəlxalq razılaşmaları təsdiq edib.
Aşağıdakı qanunlar əqli mülkiyyət hüququnu tənzimləyən əsas normativ aktlardır:
- 12 iyun 1998-ci il tarixli 504-IQ nömrəli “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun
- 25 iyul 1997-ci il tarixli 312-IQ nömrəli “Patent haqqında” Qanun
- 5 iyul 1996-cı il tarixli 115-IQ nömrəli “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun
- 31 may 2002-ci il tarixli 337-IIQ nömrəli “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun
- 22 may 2012-ci il tarixli 365-IVQ nömrəli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun
- 16 may 2003-cü il tarixli 460-IIQ nömrəli “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun
- 14 sentyabr 2004-cü il tarixli 755-IIQ nömrəli “Məlumat toplularının hüquqi qorunması haqqında” Qanun
- 15 noyabr 1996-cı il tarixli 197-IQ nömrəli “Seleksiya nailiyyətləri haqqında” Qanun
Əlavə olaraq, əqli mülkiyyət hüququnun pozulmasının qarşısının alınması məqsədilə aşağıdakı əsas qanunlar da nəzərdə tutulub:
- Cinayət Məcəlləsi
- Mülki Prosessual Məcəllə
- İnzibati Xətalar Məcəlləsi
- "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə Qanun
- "Antiinhisar fəaliyyəti haqqında" Qanun
- "Haqsız rəqabət haqqında" Qanun
Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qısa məlumat
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun Azərbaycan Respublikasında əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.
Əsas anlayışlar:
- Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)
- Coğrafi göstərici – əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir
- Kollektiv nişan – ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır
- Transliterasiya – bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir
Azərbaycanda qeydiyyata alınmamış, lakin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qüvvədə olan əmtəə nişanları və coğrafi göstəricilər Qanunla mühafizə olunurlar.
Əmtəə nişanının qeydiyyatı bunun üçün nəzərdə tutulmuş iddia sənədinin doldurulması ilə başlayır. İddia sənədi səlahiyyətli orqana (AZPATENT) Azərbaycan dilində tərcümə əlavə edilmək şərtilə, hər hansı dildə təqdim edilə bilər. Müraciətə əmtəə nişanının qeydiyyatı ilə bağlı iddia, müraciət edən şəxs barədə məlumatlar, qorunması iddia edilən nişan, nişanın qısa məzmunu, əmtəələr və xidmətlərin siyahısı (Nitsa klassifikasiyası) əlavə olunur. Sertifikatlaşdırma müraciət tarixindən etibarən 3 aydan 8 aya qədər davam edə bilər.
Xarici fiziki və ya hüquqi şəxs öz əmtəə nişanlarının qeydiyyata alınması ilə bağlı müraciətlərini patent müvəkkili vasitəsilə təqdim edə bilər. Patent müvəkkillərinin siyahısı səlahiyyətli orqanın Patent Müvəkkillərinin Reyestrindən əldə oluna bilər.
Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı, həmçinin, Azərbaycan Respublikasını təyin olunmuş ölkələrin siyahısında göstərilən Beynəlxalq Büroya (WIPO) müraciət etməklə həyata keçirilə bilər.
Patent haqqında qısa məlumat
"Patent haqqında" Qanun ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Əsas anlayışlar:
- İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər
- Faydalı model - qurğuya aid olan texniki həllər
- Sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi olmayan xarici fiziki və ya hüquqi şəxslər öz ixtiralarının qorunması ilə bağlı yerli hüquqi və fiziki şəxslərlə eyni hüquqlara malikdirlər.
Patentin alınması üçün müraciət
Səlahiyyətli orqana (AZPATENT) iddia sənədinin doldurulması ilə edilən müraciət, ixtiranın qorunması ilə bağlı prosedurun başlanğıcı hesab olunur. Müraciət hər hansı bir dildə doldurula bilər, lakin bu halda Azərbaycan dilinə tərcümə olunmuş versiya da təqdim edilməlidir. Müraciətə təsvirlər, sxemlər, müəllif haqqında məlumatlar, ixtiranın ətraflı şəkildə izahı əlavə edilməlidir. Əgər beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və ya fiziki şəxslər qeydiyyatdan keçmiş patent müvəkkili vasitəsilə öz müraciətlərini təqdim edə bilərlər.
İxtira və ya faydalı model ilə əlaqədar iddia sənədi ya bir ixtira və ya faydalı modellə aid olmalı, ya da birliyin tələbini yerinə yetirmək üçün ixtira və ya faydalı modellər qrupuna aid olmalıdır. İddia sənədi aşağıdakılardan ibarət olmalıdır:
- Adına patent alınması nəzərdə tutulan müəllif(lər)in və hüquqi və ya fiziki şəxslərin adları və onların yaşayış yeri və ya hüquqi ünvanı göstərilməklə patentin alınması üçün müraciət
- İxtiranın və ya faydalı modelin həyata keçirilməsi üçün onun əsas məzmununu kifayət qədər aydın və tam formada açıqlayan təsviri
- İddialar ixtiranın və ya faydalı modelin əsas məzmununu təsviri şəkildə açıqlamalıdır
- İddianın əsas məzmununun əlavə izahı lazım olduğu halda, çertyoj və digər materiallar
- Xülasə

- Yazılı (əlyazması, makina yazısı, not yazısı və s.)
- Şifahi (kütləvi çıxış, kütləvi ifa və s.)
- Səs, yaxud videoyazma (mexaniki, maqnit, rəqəmli, optik və s.)
- Təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino-, tele-, video-, yaxud fotokadr və s.)
- Həcmli – fəzavi (heykəl, model, maket, tikili və s.)
- Digər formalar
- Ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.)
- Dram, musiqili-dram və başqa səhnə əsərləri
- Xoreoqrafiya əsərləri və pantomimalar
- Mətnli və ya mətnsiz musiqi əsərləri
- Audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər)
- Heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri
- Dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar
- Memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri
- Fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər
- Coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər
- Törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi)
- Toplular
Bazarda saxta və ya kontrafakt mallara nəzarət və onların müsadirəsi
Patentlərin qorunması
Əmtəə nişanlarının qorunması

- hüquq pozuntusunun obyekti olan malların
- gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların
Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya işarələri) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya işarədən) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
Əqli mülkiyyət sahəsində maraqlı tərəflərə müəlliflik işlərinin (əsərlərin) müəllifləri, əmtəə nişanlarının sahibləri, ixtiraçılar, vətəndaş cəmiyyəti, biznes tərəfdaşları (yerli və xarici) və sair aiddir.
Müvafiq sənədlər, məlumatlar və mənbələr