Sanitariya və fitosanitariya
Dövlət siyasəti və tənzimləyici çərçivə
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, hər bir vətəndaş sağlam həyat hüququna malikdir və dövlət sanitariya-epidemioloji salamatlığa təminat verir. Qeyd olunan müddəanın təmin olunması və sanitar-fitosanitar tədbirlər üçün hüquqi bazanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi bir sıra qanunlar qəbul etmiş, beynəlxalq sazişləri ratifikasiya etmişdir. Qida təhlükəsizliyi ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunması haqqında Dövlət Proqramında (2018-2025) öz əksini tapmışdır.
Aşağıdakı qanunvericilik aktları sanitar və fitosanitar tədbirlər sahəsinə aid əsas sənədlərdir:
- "Fitosanitar nəzarəti haqqında" 102-IIIQ nömrəli 12 may 2006-cı il tarixli Qanun
- "Baytarlıq haqqında" 922-IIQ nömrəli 31 may 2015-ci il tarixli Qanun
- “Yeyinti məhsulları haqqında” 759-IQ nömrəli 18 noyabr 1999-cu il tarixli Qanun
- “Sanitar-epidemioloji salamatlıq haqqında” 371 nömrəli 10 noyabr 1992-ci il tarixli Qanun
- “Standartlaşdırma haqqında” 60-IQ nömrəli 16 aprel 1996-cı il tarixli Qanun
- “Əhalinin sağlamlığının qorunması haqqında” 360-IQ nömrəli 26 iyun 1997-ci il tarixli Qanun
- “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetitin 231 nömrəli 17 iyun 2016-cı il tarixli Qərarı
- “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 926-IIIQD nömrəli 4 dekabr 2009-cu il tarixli Qanun

- heyvanlar və onların genetik materialları
- heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri
- yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s.
- hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri obyektlər
- heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadəsi üçün nəzərdə tutulan istehsal binaları və ərazilər
Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
- Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan götürüldükdə yol verilir.
- Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilat tərəfindən müəyyən edilmiş qaydada müvafiq nümunələrə uyğun ixrac və idxal üçün, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilir.
- Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanların ixrac edən ölkənin ərazisində (götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir.
- İnsanların qidalanması, heyvanların yemlənməsi, əczaçılıq və ya kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.
- Azərbaycan Respublikasından ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir.
Baytarlıq sahəsində qanunvericiliyin tələbləri ilə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/10691
Baytarlıq nəzarəti altına düşən malların siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq baytarlıq nəzarətinə aid malların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya diri heyvanlar, quşlar və balıqlar, təzə, soyudulmuş və ya dondurulmuş heyvan əti, qidaya yararlı ət əlavələri və sair daxil edilmişdir. Qeyd olunan siyahı ilə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz: www.e-qanun.az/framework/33103
“Fitosanitar nəzarəti haqqında” Qanuna əsasən, aşağıdakılar dövlət fitosanitar nəzarəti obyektidir:
- canlı göbələklərin, bakteriyaların, virusların, nematodların, gənələrin, həşəratların və bitki potegenləri, onların zərər vurduğu bitki nümunələri, habelə bitki herbariləri və kolleksiyaları
- zərərli orqanizmlərin daşıyıcısı olan kənd təsərrüfatı maşınları və alətləri, nəqliyyat vasitələri, konteynerlər, bütün növ qab və qablaşdırma materialları, bitki və bitkiçilik məhsullarından hazırlanmış sənaye-məişət malları və məmulatları, torf, kompost, digər üzvi gübrələr, torpaq və torpaq monolitləri və nümunələri
- bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, emalı, tədarükü, saxlanması, satınalınması, kənd təsərrüfatı və meşə sahələri, həyətyanı və bağ sahələri, qeyri-kənd təsərrüfatı torpaqları
İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər
"Fitosanitar nəzarəti haqqında" Qanuna uyğun olaraq, Azərbaycan Respublikasına idxal olunan və fitosanitar nəzarəti obyekti olan mallara münasibətində aşağıdakı tədbirlər tətbiq olunur:
- İdxal olunan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:
- analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
- bitki və bitkiçilik məhsullarının Respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.
- Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
- İdxal olunan mallar bütün müvafiq sənədlərlə müşayiət olunmazsa və zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:
- yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;
- yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;
- karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
- zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;
- yükün məhv edilməsinin zəruriliyi.
- Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri götürülmədikdə, müvafiq icra hakimiyyəti orqanı yükün məhv edilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edir.
Tətbiq olunan tədbirlər barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/12384
Dövlət fitosanitar nəzarəti altına düşən mallar
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, fitosanitar nəzarətinə aid malların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya canlı bitkilər, kartof və pomidorlar, soğan və sarımsaq, sitrus meyvələri və sair daxil edilmişdir. Qeyd olunan siyahı ilə aşağıdakı keçiddən ətraflı tanış ola bilərsiniz: www.e-qanun.az/framework/33103
“Yeyinti məhsulları haqqında” Qanuna uyğun olaraq, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi aşağıdakı üsullarla təmin edilir:
- yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması və təkmilləşdirilməsi
- yeyinti məhsullarının sertifikatlaşdırılması
- qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət qeydiyyatı
- yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti
Minimum keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması
Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, normalar, qaydalar və tələblər vasitəsi ilə həyata keçirilir.
Sertifikasiya
Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla, qida təhlükəsizliyi sertifikatı verilir. Azərbaycan Respublikasına idxal olunan qida məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya ixrac edən ölkənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.
Dövlət qeydiyyatı
Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Ərzaq təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri ilə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: www.e-qanun.az/framework/10691
Dövlət sanitar nəzarəti altına düşən malların siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq sanitar nəzarətinə aid malların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya kərə yağı və digər süd məhsulları, pendir, kəsmik, bitki yağları və onların fraksiyaları və sair daxil edilmişdir. Qeyd olunan siyahı ilə aşağıdakı keçiddən ətraflı tanış ola bilərsiniz: www.e-qanun.az/framework/98
Aidiyyəti dövlət orqanları və onların səlahiyyətləri
Azərbaycan Respublikasında sanitar-fitosanitar sistemin təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradılmış və qida təhlükəsizliyi ilə əlaqədar vahid səlahiyyətlər həmin quruma ötürülmüşdür. 2018-ci ildə Agentliyin nəzdində Qida Təhlükəsizliyi İnstitutu təsis edilmişdir.
Digər səlahiyyətlərlə yanaşı, Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, sanitar və fitosanitar qaydalara əməl olunmasına, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və sanitar sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət sanitar və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirir. Dövlət Agentliyinin internet səhifəsi: www.afsa.gov.az
“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Qanuna uyğun olaraq “bir pəncərə” operatoru kimi Dövlət Gömrük Komitəsi müəyyən olunmuşdur.
Dövlət Gömrük Komitəsinin internet səhifəsi: www.customs.gov.az
Müvafiq məlumatlar və sənədlər
Sanitar-fitosanitar məsələlərinə aid ÜTT səhifələri:
- Sanitar Fitosanitar Tədbirlər (SPS) haqqında ÜTT Sazişi
- SPS Sazişinə dair ümumi səhifə
- SPS Məlumat İdarəetmə Sistemi (SPS üzrə bütün bildirişlərin siyahısı daxil olmaqla):
- Sorğu mənbələri
- E-Ping SPS və TBT bildiriş-xəbərdarlıq sistemləri
- SPS Sazişi ilə əlaqəli mübahisələr siyahısı
- SPS sahəsində mübahisələrin həlli yurisprudensiyası
- Kitab “ÜTT Sazişləri silsiləsi- Sanitar və Fitosanitar Tədbirlər”
- SPS üzrə təlim kursu
Müvafiq standartlaşdırma qurumları
- FAO/WHO birgə Kodeks Alimentarius Komissiyası
- Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının Katibliyi
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı
Digər mənbələr