ÜTT Katibliyində Azərbaycan üzrə yaradılmış İşçi Qrupun sədri vəzifəsinə yeni təyinat olmuşdur
İşçi Qrupun sədri vəzifəsinə 07.03.2023-cü il tarixində Türkiyənin Ümumdünya Ticarət Təşkilatı yanında daimi nümayəndəsi səfir Alparslan Acarsoy təyin edilmişdir. Cari ilin 26-28 aprel tarixlərində səfirin Azərbaycana səfəri nəzərdə tutulmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın Sədri, həmçinin aidiyyəti dövlət və akademik qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə Azərbaycanın ÜTT-yə üzvlük prosesi, növbəti addımlar və İşçi Qrupun növbəti iclasının keçirilməsi barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildiririk ki, İşçi Qrupun sonuncu iclası 28 iyul 2017-ci il tarixində olmuşdur.