Antidempinq araşdırmaları ilə bağlı yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi istifadəyə verilmişdir

Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti üçün yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) yaradılmışdır. Belə ki, bu rəqəmsal platforma Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur.

Bundan əlavə, sözügedən rəqəmsal platformanın fəaliyyəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları üçün təlim də keçirilmişdir.

Yaradılıb 21 Okt 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025