Azərbaycan Dövlət Aqrar Universitetində “ÜTT-də kənd təsərrüfatı məsələləri” mövzusunda tədbir təşkil edilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetində “ÜTT-də kənd təsərrüfatı məsələləri” mövzusunda tədbir təşkil edilmişdir

2019-cu il Noyabrın 29-da Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində “Dünya ticarətində kənd təsərrüfatı” mövzusunda Gəncə Dövlət Aqrar Universitetində bir günlük tədbir keçirilmişdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Proqram Meneceri Rainer Freund, Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Azərbaycanda regional və kənd inkişafı sahəsində həyata keçirilən proqramları qısaca təsvir etmişdir. O, eyni zamanda dünya kənd təsərrüfatı ticarəti və Aİ-nın kənd təsərrüfatı bazarı haqqında qısa məlumat vermişdir.

Kənd Təsərrüfatı Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov məhsula xas subsidiyaların verilməsinin monitorinqi ilə bağlı problemlərə toxunub və Azərbaycanda kənd təsərrüfatına subsidiya mexanizminin təkmilləşdirilməsinin vacibliyini dilə gətirmişdir. O, həmçinin qeyd edib ki, ÜTT-yə üzvlük subsidiya məbləğinin dərhal azalmasına səbəb olmamalıdır.

Baş beynəlxalq ekspert və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Cenevrədəki nümayəndəliyinin keçmiş rəhbəri Panos Konandreas, ÜTT-də kənd təsərrüfatı ticarəti və davam edən kənd təsərrüfatı danışıqlarına dair ÜTT qaydalarını təqdim etmişdir. Onun təqdimatında 1947-ci il Tariflər və Ticarət haqqında Baş Sazişdə kənd təsərrüfatını tənzimləyən qaydalar, 1960-80-ci illərdə dünya kənd təsərrüfatı ticarəti sahəsində ölkələrin üzləşdiyi problemlər və bu fonda Kənd Təsərrüfatı Sazişinin yaranması öz əksini tapmışdır. Cənab Konandreas çıxışında ÜTT-də davam edən kənd təsərrüfatı danışıqlarına və Azərbaycanın üzvlük danışıqları üçün mümkün təsirlərinə də toxundu.

Tədbirə universitetin 60-dan çox tələbəsi və fakultə üzvləri qatılmışdır. Təqdimatlar zamanı və sonrası auditoriya və məruzəçilər arasında canlı mübadilə baş tutmuşdur.