Azərbaycanda telekommunikasiya qanunvericiliyi və təcrübəsi və bu sahədə Aİ və ÜTT qaydalarına dair seminar keçirilmişdir
Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə davam edən əməkdaşlıq istiqamətində 28 yanvar 2022-ci il tarixində telekommunikasiya qanunvericiliyi və təcrübəsi ilə bağlı virtual seminar keçirilmişdir.
Tədbirin açılışını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsinin müdiri Bəxtiyar Məmmədov, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinin müdir müavini Gülçin Ələsgərova və Aİ Nümayəndəliyinin tapşırıqlar üzrə meneceri Ülviyyə Abdullayeva etmişlər.
ÜTT-yə üzvlüklə bağlı layihənin telekommunikasiya üzrə eksperti qeyd etmişdir ki, üzvlüklə bağlı bu sahədə davam edən danışıqlarda irəliləyiş əldə etmək üçün aşağıdakı aspektlərə diqqət yetirilməlidir:
• Qanunvericilik islahatları – operatorlar üçün yeni rəqabət mühiti/təminatlar;
• Milli Tənzimləyini Orqanın (NRA) tətbiqi;
• Qarşılıqlı əlaqə üçün istinad təklifi (RIO)/Yeni lisenziyalaşdırma rejimi.
Bəxtiyar Məmmədov ötən il ərzində baş vermiş normativ və institusional dəyişiklikləri təqdim edərək, hazırda Nizamnaməsi hazırlanmaqda olan NRA-nın yaradılmasından bəhs etmişdir.
Layihənin eksperti, həmçinin Avropa Elektron Rabitə Məcəlləsi və onun tətbiqi haqqında məlumat vermişdir. Baxılan aspektlər rəqabət, istehlakçıların müdafiəsi, son istifadəçi hüquqları və onun müdafiəsi, universal xidmət öhdəliyi və fövqəladə hallar xidmətləri/ictimai xəbərdarlıq sistemlərini əhatə edir.
Onlayn tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müxtəlif şöbələrindən 7 əməkdaş iştirak etmişdir.
Seminarda müzakirə edilən təqdimatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: https://docs.google.com/presentation/d/1scCuS2JzOPw95gI4HbbUjf8W5Q_RtKlj/edit?usp=sharing&ouid=102270338528426763815&rtpof=true&sd=true
Layihənin qrup rəhbəri Marius Bordalba: “Aİ tərəfindən maliyyələşdirilən layihələr telekommunikasiya sektorunda islahatlar, bazarın liberallaşdırılması, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması səylərini dəstəkləmək üçün beynəlxalq standartlara və ən təcrübələrə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edir. Ticarət siyasəti ilə bağlı layihə yeni yaradılmış NRA-nın fəaliyyətə başlamasında, “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərin hazırlanmasında Nazirliyə dəstək verməyə hazırdır”.