Azərbaycanın ÜTT-yə üzvlüyü çərçivəsində ikitərəfli danışıqların növbəti raundu keçirilmişdir.

16-20 dekabr tarixlərində Cenevrə şəhərində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində ikitərəfli danışıqların növbəti raundu keçirilmişdir.
Danışıqlarda Aİ, Yaponiya və Kanada ilə xidmətlər üzrə, İndoneziya, Tailand, Koreya, Kanada və Aİ ilə mallar üzrə müvafiq danışıqlar aparılmışdır.
Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Cenevrəyə səfəri çərçivəsində Kerns Qrupu (Cairns Group - kənd təsərrüfatı məhsullarının ixracatçısı olan ölkələrin qrupu) ilə görüş keçirilmiş və Azərbaycanda kənd təsərrüfatına daxili dəstək tədbirləri haqqında müzakirələr aparılmışdır.