Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun növbəti iclasına hazırlıq

Azərbaycan üzrə ÜTT Katibliyində 16 iyul 1997-ci ildə yaradılmış İşçi Qrupun növbəti iclasına hazırlıq prosesləri davam etdirilir. Belə ki, 2017-ci ilin iyul ayında keçirilmiş sonuncu iclasdan sonra aidiyyəti qurumlardan əladə edilmiş məlumatlar əsasında hazırlanmış İşçi Qrupun hesabat layihəsi, kənd təsərrüfatına daxili dəstək cədvəllərinin və bir sıra əlavə cədvəllərin yenilənmiş versiyaları, həmçinin qanunvericiliklə bağlı fəaliyyət planı, ötən dövr ərzində qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, qəbul edilmiş yeni qanunlar və hazırlanmış yeni qanun layihələri və s.ÜTT Katibliyinə təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, İşçi Qrupun növbəti iclasının cari ilin yay aylarında keçirilməsi planlaşdırılır.