Dövlət qurumlarının əməkdaşlarının bacarıqlarının artırılması ilə bağlı tədbirlər yekunlaşmışdır

24 və 27 may 2022-ci il tarixlərində kompensasiya rüsumlarının araşdırılması, səbəb və nəticələrinin qiymətləndirilməsi, ticarətin müdafiəsi üzrə araşdırmaların prosedur aspektləri və mübahisələrin həlli üzrə təlim sessiyaları keçirilmişdir. Təlim sessiyaları nəzəri və praktiki təqdimatlardan ibarət olub. Təlimdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ticarəti müdafiə bölməsinin və İqtisadiyyat Nazirliyinin 11 məsul işçisi iştirak edib. Buna qədər isə 2021-ci ilin oktyabr və noyabr aylarında əməkdaşlar antidempinqlə bağlı 3 təlimdə iştirak ediblər.

 

Müvafiq təlimlərlə bağlı materiallar tezliklə bu internet portalının “Sahələr” bölməsində yerləşdiriləcəkdir.

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göstərilən müvafiq dəstək ticarəti müdafiə bölməsinin tam şəkildə fəaliyyətə başlaması istiqamətində aparılan işlərin tərkib hissəsidir.

 

Yuxarıdakı təlim Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” layihəsinin ticarət müdafiəsi üzrə baş eksperti tərəfindən keçirilmişdir.

 

Mayın əvvəlində onlayn formatda tarif dərəcələri kvotaları (TRQ) və nəqliyyat xidmətləri ilə bağlı iki dəyirmi masa keçirilmişdir.

 

Tarif dərəcəsi kvotası, kvota daxilindəki miqdara kvotadan kənar daha aşağı idxal rüsumlarının tətbiq edildiyi idxal rejimidir (bu, yüksək də  ola bilər). Dəyirmi masa zamanı ÜTT qaydaları üzrə TRQ-lərdən istifadə şərtləri təqdim edilib və müzakirə edilib. Qazaxıstan kimi son üzv olmuş ölkələr mal əti, donuz əti və ya quş əti kimi bəzi həssas kənd təsərrüfatı mallarının idxalının həcminə nəzarət etmək üçün TRQ-lərdən istifadə etmək hüququnu özündə saxlayıb.

 

Nəqliyyat xidmətləri üzrə dəyirmi masada ÜTT üzvlərinin avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı, dəniz nəqliyyatı, yardımçı xidmətlər, boru kəməri nəqliyyatı və hava nəqliyyatı ilə bağlı üzərinə götürdüyü öhdəliklər nəzərdən keçirilib. Müəyyən İşçi Qrup üzvlərinin Azərbaycana ünvanladığı müraciətlər təqdim olunub və müxtəlif aspektlər müzakirə olunub.

 

İqtisadiyyat, Maliyyə, Kənd Təsərrüfatı və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, eləcə də Dövlət Gömrük Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul əməkdaşları TRQ və nəqliyyat xidmətləri üzrə dəyirmi masaların iştirakçıları olub.

Yaradılıb 25 Avq 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 25 Avq 2022