İqtisadiyyat və Ədliyyə Nazirliklərinin əməkdaşları ÜTT Katibliyində keçirilən təlimlərdən faydalanıblar

11-13 iyul 2022-ci il tarixlərində İqtisadiyyat və Ədliyyə nazirliklərindən 3 əməkdaş ÜTT Katibliyində bir sıra təlimlərdə iştirak etmişdir. Belə ki, təlim ticarət siyasətinin təhlili, gömrük qiymətləndirməsi, mənşə qaydaları və regional ticarət müqavilələri kimi aspektləri əhatə etmişdir. İştirakçılar, həmçinin TBT-nin Şəffaflıq üzrə Tematik Sessiyasında və TBT Komitəsinin iclasının ilk günündə iştirak etmişdir. İştirakçılardan biri bildirmişdir ki, səfər zamanı əldə edilmiş təcrübə artıq ticarət məlumatlarının təhlilində praktikada tətbiq edilmişdir. Mənşə qaydaları və gömrük qiymətləndirilməsi üzrə məlumat mübadiləsi tədbir iştirakçılarına həmin sahələr üzrə mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təklifin hazırlanmasında faydalı olacaqdır.

 

2022-ci il iyulun 13 və 14-də Azərbaycanın mallar üzrə təkliflərinin Harmonikləşdirilmiş Sistemin iki versiyası arasında əlaqələndirilməsi üzrə görülən işlərin təqdimatı və müzakirəsi üçün iki dəyirmi masa keçirilmişdir. Müvafiq korrelyasiya İşçi Qrup üzvlərindən birinin sorğusuna cavab olaraq hazırlanmışdır. İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət dəyirmi masanın iştirakçıları layihə eksperti tərəfindən göstərilən dəstəklə bağlı məsələləri müzakirə ediblər. Müzakirələrdən sonra korrelyasiya cədvəli ÜTT-yə təqdim olunmuşdur.

 

Foto
Yaradılıb 10 Okt 2022
Dərc edilib 14 Mar 2025
Yenilənib 21 Noy 2022