Laos XDR informasiya texnologiyaları müqavilələrinə qoşulmaq üzrədir

Laos Xalq Demokratik Respublikası ən az inkişaf etmiş ilk ölkə kimi ÜTT-nin İnformasiya Texnologiyaları Sazişinə (ITA) və ITA-nın Genişlənməsi ilə bağlı əlavə Sazişə qoşulan ilk olmağa hazırlaşır. Cari ilin 30 iyul tarixində İnformasiya Texnologiyaları Məhsulları Ticarətinin Genişləndirilməsi üzrə İştirakçılar Komitəsinin və ITA Genişləndirilməsi Qrupunun növbəti iclaslarında iştirakçılar Laos XDR-nin iki sazişə qoşulmaq qərarını alqışlamış və əhatə olunmuş məhsullar üzrə tariflərin ləğvi üçün Laos XDR-nin təklif etdiyi müvafiq cədvəlləri nəzərdən keçirmişlər. Laos XDR keçid dövründə məhdud sayda məhsula tarifləri ləğv edərkən, müvafiq sazişlərə qoşulduğu tarixdən etibarən sazişlərin əhatə etdiyi məhsulların əksəriyyətinə tarifləri ləğv etməyi təklif edir.
Orijinal ITA çoxlu sayda yüksək texnologiyalı məhsulları, o cümlədən kompüterlər, telekommunikasiya avadanlığı, yarımkeçiricilər, yarımkeçiricilərin istehsalı və sınaq avadanlığı, proqram təminatı və elmi alətlər, eləcə də bu məhsulların hissələri və aksesuarlarının əksəriyyətini əhatə edir. Hazırda ITA 82 ÜTT üzvü qoşulmuşdur ki, bu da informasiya texnologiyaları məhsulları üzrə dünya ticarətinin təxminən 97 faizini və qlobal mal ixracının təxminən 10 faizini təşkil edir.
Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.
https://www.wto.org/english/news_e/news21_e/ita_30jul21_e.htm