LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ DƏYİRMİ MASALAR TƏŞKİL EDİLMİŞDİR

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində 17-18 oktyabr tarixlərində növbəti dəyirmi masalar keçirilmişdir.
İlk olaraq “Ticarət və milli təhlükəsizlik: Rusiya Federasiyasının transit daşımalarla əlaqəli gördüyü tədbirlə bağlı son ÜTT keysi” haqqında layihənin əsas eksperti İlkin Əliyev tərəfindən təqdim edilmişdir.
Növbəti gün ərzində Avropa İttifaqının Üçüncü Enerji Paketinə dair ÜTT-də son vəziyyət və Elektron ticarət ilə bağlı ÜTT müzakirələri mövzularında təqdimatlar olmuş və daha sonra isə dəyirmi masada iştirak edən dövlət qurumlarının nümayəndələri ilə maraqlı müzakirələr aparılmışdır.