ÜTT Üzvləri Antidempinq Komitəsinin iclasında görülən tədbirlər, təcrübələr barədə fikir mübadiləsi aparır

ÜTT Üzvləri Antidempinq Komitəsinin iclasında görülən tədbirlər, təcrübələr barədə fikir mübadiləsi aparır

Ümumdünya Ticarət Təşkilatının Antidempinq Komitəsi 2021-ci il oktyabrın 27-də Üzvlərin yeni, dəyişdirilmiş və ya əvvəllər nəzərdən keçirilmiş antidempinq qanunları və qaydaları haqqında son bildirişlərini, habelə antidempinq tədbirləri ilə bağlı hesabatları nəzərdən keçirmək üçün növbəti iclas keçirmişdir. Belə ki, iclasda Kolumbiya, Hindistan və Böyük Britaniya tərəfindən təqdim edilmiş qanunvericiliyə dair yeni bildirişlər nəzərdən keçirilib.

 

Komitədə adi təcrübədə olduğu kimi, Üzvlərin antidempinq tədbirləri ilə bağlı yarımillik bildirişlərinə baxılarkən onların bu sahədə araşdırmaların başlanması, mövcud antidempinq tədbirlərinin nəzərdən keçirilməsi, müvəqqəti və son antidempinq tədbirləri ilə bağlı nümayəndə heyətləri tərəfindən suallar təqdim edilmişdir.

 

1 yanvar - 30 iyun 2021-ci il dövrünü əhatə edən yarımillik hesabatlara gəldikdə isə, 45 üzv bu dövrdə görülmüş antidempinq tədbirləri barədə Komitəyə məlumat vermiş, 14 üzv isə bu dövrdə yeni antidempinq tədbirlərinin görülmədiyini bildirmişdir. Komitənin növbəti iclasının 25 aprel 2022-ci il tarixindən etibarən 1 həftə ərzində keçirilməsi planlaşdırılır.

 

 

Xəbərlə bağlı ətraflı məlumat: https://www.wto.org/english/news_e/news21_e/anti_27oct21_e.htm

 

Yaradılıb 04 Noy 2021
Dərc edilib 14 Mar 2025
Yenilənib 14 Mar 2025