Yaponiya ilə ikitərəfli protokol imzalanıb

Martın 15-də Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində mallar və xidmətlər üzrə aparılan ikitərəfli danışıqların yekunlaşdırılması ilə bağlı Yaponiya ilə ikitərəfli protokol imzalanıb.

Qeyd edək ki, hazırda bu çərçivədə 20-yə yaxın ÜTT üzvü ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır. Həmçinin bugünədək bir sıra ÜTT üzvləri ilə ikitərəfli danışıqlar yekunlaşıb və Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikası ilə müvafiq protokollar imzalanıb.

Foto
Yaradılıb 27 Mar 2024
Dərc edilib 14 Mar 2025
Yenilənib 27 Mar 2024