“ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilmişdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində 5-6 avqust tarixlərində ÜTT balıqçılıq sahəsində subsidiyalar və ÜTT islahatlarına dair təkliflər mövzusunda dəyirmi masa keçirilmişdir.
Layihənin əsas dəstəkçisi olan EKVİTA şirkətinin ofisində təşkil olunan tədbirin birinci günündə layihənin Qrup Rəhbəri və ÜTT balıqçılıq sahəsində subsidiyalar barədə danışıqlarda məsləhətçi Alicia Greenidge tərəfindən “Qanunsuz, Hesabatsız, Tənzimlənməyən (QHT) Balıqçılıq”, həddindən artıq balıq ovlanması şəraitində balıqçılıq, habelə həddindən artıq istehsal gücü üçün subsidiyalara qadağalara dair təqdimatlar edilmiş, daha sonra isə əlaqədar dövlət qurumlarının və balıqçılıq sahəsində əsas yerli istehsalçı şirkətlərin nümayəndələrinin iştirakı ilə məhsuldar müzakirələr aparılmışdır.
Tədbirin ikinci günündə isə xarici ekspert Peter Morrison tərəfindən ÜTT-də aparılan islahatlara dair təqdimatlar keçirilmiş və ÜTT fəaliyyətinin gözlənilən yeni inkişaf istiqamətləri, Azərbaycan Respublikasının ÜTT-yə üzvlük danışıqlarında cari vəziyyəti və yerli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması ilə bağlı məsələlər əhatə edilmişdir.