Ticarətlə bağlı məsələlərə dair yeddi yeni ictimai məlumatlandırma nəşri və bir video hazırlanmışdır
Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarətlə bağlı digər fəaliyyətlərdə Azərbaycan Hökumətinin potensialının gücləndirilməsi” (Ticarət Siyasəti Layihəsi) layihəsi çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları ilə birgə ticarətlə bağlı aşağıdakı nəşrlər hazırlanmışdır:
• Rəqəmsal ticarətə tətbiq edilən qaydalar haqqında Broşür (yalnız Azərbaycan dilində)
• İstehsalatda Ticarət Siyasəti: Aİ-nin ixracatının məşğulluğa təsiri haqqında Kitabça (yalnız Azərbaycan dilində)
• Avropa İttifaqının ticarət Sazişləri: növləri, məzmunu və üstünlükləri mövzusunda Kitabça (yalnız Azərbaycan dilində)
• Qanunun aliliyi, ÜTT prinsipləri, iqtisadi inkişaf və birbaşa xarici investisiyaların cəlb edilməsi mövzusunda Broşür (Azərbaycan və ingilis dillərində)
• SPS Məlumat Mərkəzi haqqında Broşür (yalnız Azərbaycan dilində)
• “Ticarətin mühafizəsi – Azərbaycan istehsalçılarının mühafizəsi üçün güclü alət” mövzusunda məqalə (yalnız Azərbaycan dilində)
Yuxarıda göstərilənlərə əlavə olaraq, ADA Universitetində keçirilən birinci Ticarət Siyasəti və ÜTT Yay Məktəbindən bəhs edən videoçarx da hazırlanmışdır.
Aİ tərəfindən maliyyələşdirilən Ticarət Siyasəti Layihəsi və ya əvvəllər Aİ tərəfindən maliyyələşdirilən layihələr tərəfindən hazırlanan bu və ya digər nəşrləri aşağıdakı linkdən əldə edə bilərsiniz.