ÜTT Katibliyində Azərbaycan üzrə işçi qrupun 16-cı iclası keçirilib
2024-cü ilin 24-27 sentyabr tarixlərində İqtisadiyyat nazirinin müavini, Azərbaycanın ÜTT-yə üzvlük prosesində baş danışıqçı Səməd Bəşirlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 16-cı iclası keçirilib. Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildirib və onların sualları cavablandırılıb.
Səfər zamanı Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatı üzrə qeyri-formal çoxtərəfli görüş baş tutmuşdur. Tədbirdə son illərdə Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi ilə bağlı aparılan islahatlar barədə məlumat verilib və üzv ölkələrin nümayəndələrinin sualları cavablandırılıb.